Accessibility links

Tofiq Yaqublu prokurorluğa çağırılmasını təzyiq kimi qiymətləndirir


Tofiq Yaqublu etiraz aksiyası zamanı polislər tərəfindən saxlanılarkən [arxiv]

Müsavat Partiyası və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş məhbus Tofiq Yaqublu avqustun 22-də Baş Prokurorluğa dəvət edilib.

Bu barədəTofiq Yaqublu Amerikanın Səsinə müsahibəsində bildirib.

Tofiq Yaqublunun sözlərinə görə onu Baş prokurorun müavini Namiq Əsgərov və Daxili İşlər nazirinin birinci müavini Seyfulla Əzimov qəbul edib.

please wait

No media source currently available

0:00 0:02:36 0:00

“Guya mən hakimiyyəti tənqid edərkən qanunsuz hərəkətlərə yol verirəm və buna görə qanun qarşısında cavab verməli olacam."

Tofiq Yaqublu qeyd edib ki, söhbət onun müsahibələri, sosial şəbəkədəki statusları barədə olub.

“Mənə dövlətçilik əleyhinə çağırışlar etdiyimi dedilər. Mən də istər stasuslarımda, istərsə də müsahibələrimdə belə hallara yol vermədiyimi bildirdim. Konkret olaraq hansısa bir yazı göstərmədilər, elə ümumi şəkildə dedilər ki, dövlətçilik əleyhinə çağırışlar edirəm. Mən də dedim ki heç bir belə hala yol verməmişəm. Xəbərdarlıq etdilər ki, belə davam etsə, barəmdə cinayət işi qaldırılacaq.”

Yaqublu vurğulayıb ki, prokurorluğa çağrılması və belə xəbərdarlıq alması siyasi fəaliyyətinə görə təzyiqdir.

Öz növbəsində Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, Tofiq Yaqublunun “facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə reallığa uyğun olmayan, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmağa xidmət etməklə insanların hakimiyyət əleyhinə qanunsuz hərəkətlərə sövq edilməsinə, onların qanunsuz etiraz aksiyaları keçirməyə təhrik edilməsinə, habelə ölkədə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn təxribat xarakterli cəhdlər etməsi müəyyən edilib.

"Prokurorluq haqqında” qanununun tələblərinə müvafiq olaraq ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına yönələn, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi məqsədyönlü tədbirlərin üzərinə kölgə salmağa xidmət edən həmin məlumatların yayılmasını gələcəkdə davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib," rəsmi məlumatda qeyd edilir.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq ümumilikdə sosial şəbəkə istifadəçilərinə də xəbərdarlıq edib.

"Nəzərə çatdırırıq ki, ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, insanları qanunsuz etiraz aksiyaları keçirməyə təhrik etməklə hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar və digər qanunazidd hərəkətlərin qarşısı qətiyyətlə alınacaq," Daxili İşlər Nazirliyi və Baş Prokurorluq vətəndaşlara xəbərdarlıq edib.

Tofiq Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş qarşıdurma hadisələrilə bağlı həbs edilib. Ona qarşı iqtişaşları təşkil etmə və qanunsuz aksiyalarda iştirak ittihamları irəli sürülüb. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. 2016-cı il martın 17-də prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.

XS
SM
MD
LG