Accessibility links

Tofiq Yaqublu: Tipik işgəncəyə məruz qaldım - təpiklə haraya gəldi vururdular


Milli Şuranın Koordinasiya Mərkəzinin üzvünün Amerikanın Səsinə müsahibəsi

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu 30 gün inzibati həbsdən sonra noyabrın 18-də azadlığa buraxılıb.

Tofiq Yaqublu Amerikanın Səsinə müsahibəsində deyib ki, Milli Şuranın oktyabrın 19-da keçirilən razılaşdırılmamış aksiyası zamanı saxlanılandan sonra Nəsimi Rayon Polis İdarəsinə aparılıb.

“Orada əllərimi arxadan qandalladılar. Tipik işgəncəyə məruz qaldım. Üzü üstə yıxdılar, təpiklə haraya gəldi vururdular - başıma, belimə, ayaqlarıma, qabırğalarıma vururdular. Sonra qollarımı qanırdılar. Bu bir saatadək davam etdi.”

Tofiq Yaqublu: Tipik işgəncəyə məruz qaldım – təpiklə haraya gəldi vururdular
please wait

No media source currently available

0:00 0:06:53 0:00

Yaqublu işgəncələrlə bağlı prokurorluğa şikayət etdiyini deyib.

“Bundan əvvəl də, 1998-ci ildə və 2011-ci ildə məhz bu polis idarəsində mənə işgəncə verilib. Hər dəfə prokurorluğa şikayət etmişəm. Hər dəfə də prokurorluq şikayətimin əsassız olduğu qənaətinə gəlib. Bu dəfə də şikayət etmişəm. Prokurorluqdan gəlib məni dindirdilər. İnanmıram onlar doğru qərar qəbul etsinlər. Amma bu işi Avropa İnsan Haqları Məhkəməsinədək aparacam.”

Yaqublu müvəqəqti saxlanma məntəqindəki rejim tərəfindən təzyiqlərə məruz qalmadığını deyib.

“Amma oraya gələrək özünü Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edən şəxs tərəfindən təzyiqlərə məruz qalmışam. O məni dindirdi, izahat aldı. Baxmayaraq ki, mən vəkilimi tələb edirdim. Məndən tələb etdi ki, siyasi fəaliyyətimə, xüsusən də Milli Şurada fəaliyyətimə son qoyum. Əks təqdirdə məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparacaq və orada daha ağır aqibətlə üzləşəcəm. Mən cavab verirdim ki, bizim əməllərimiz konstitusiyaya və qanunlara tam uyğundur. Qanunu Bakı meriyası pozur. Mübarizədən də çəkinən deyiləm.”

Yaqublu bu gün həbsdən azad edilməmişdən bir neçə saat əvvəl də təzyiqə məruz qaldığını bildirib.

“Bu gün də, həbsdən azad olunmamışdan bir neçə saat əvvəl həmin əməkdaş gəldi, daha kəskin və tələbkar formada məni hədələdi. Yenə bildirdi ki, fikirləş. Nə qədər ki, Əli Kərimlinin yanında olacaqsan, Milli Şurada olacaqsan, bundan sonra daha sərt tədbirlər görüləcək. Sən nəzarətdəsən. Guya Əli Kərimli Amerikanın, İranın və Ermənistanın casusudur. Mən də onunla birlikdə bu casus əməllərində iştirak edirəm. Biz guya xarici ölkələrin Azərbaycanı parçalamaq sifarişini yerinə yetiririk.”

O, ailə üzvləri ilə təhdid edildiyini də deyib.

“Nəsimi Rayon Polis İdarəsində açıq dedilər ki, oğlumu öldürüb qızımın yanına göndərəcəklər. Bunu dəfələrlə deyiblər. Sununcu gün də yenə deyilib ki, oğlunu fikirləş, onu bədbəxt eləmə. Belə açıq təhdidlər olub” , Yaqublu müsahibəsində bildirib.

Rəsmi qurumlar Tofiq Yaqublunun dediklərinə hələ şərh verməyib. Bununla yanaşı, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq aksiyaya cəhd zamanı saxlanılan insanların hər hansı qeyri-insani rəftara, işgəncəyə məruz qalmadığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG