Accessibility links

Tofiq Yaqublu: Ya azadlıq, ya ölüm, türmələrdə yaşamayacam


“Atamın səhhəti yaxşı deyil. Görüşə güclə gəldi. Başı gicəllənirdi, görüşə səndəlləyə-səndəlləyə gəldi. Vizual gördüm ki, o, divardan tuta-tuta yeriyir. Çox zəifləyib, çəki itirib.”

Bu barədə bu gün, sentyabrın 10-da Tofiq Yazqublu ilə görüşdən sonra onun qızı Nigar Həzi Amerikanın Səsinə müsahibəsində bildirib.

Nigar Həzi: Atam çox zəifləyib
please wait

No media source currently available

0:00 0:07:38 0:00

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb.

Nigar Həzi məhkəmə önündə ata həsrəti çəkərkən
Nigar Həzi məhkəmə önündə ata həsrəti çəkərkən

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq ölüm aclığına başladığı bildirib.

Nigar Həzi deyib ki, bu gün ailəsinin Tofiq Yaqublu ilə görüşünə maneçilik yaradıblar. Uzun müddət gözlədikdən sonra yalnız anası ilə onu Yaqublu ilə görüşə buraxıblar.

“Atam dedi ki, saat 9-30-dan gözləyib ki, onu görüşə dəvət edəcəklər. Deyir ki, ayaq üstə zorla qalxır, bütün sümükləri sızıldayır, ayaqlarının altı istilikdən yanır. Bir saatadək ayaq üstə gözləyib, görüşə dəvət etməyiblər. Atam deyir ki, oturmayıb ki, sonradan ayağa qalxa bilməyəcək. Sonda qapını döyəcləyib ki, görüşə icazə versinlər. Bu anda huşunu itirib, özündən gedib. Həkim dəvət ediblər. Həkim qan təzyiqini ölçüb, məlum olub ki, təzyiqi 90-60-dır. Dərman verə bilməyiblər ki, mədəsinə ziyanı dəyər. Beləcə bir müddət qalıb. Sonra özünüə gəlib və görüşə buraxıblar,” Nigar Həzi qeyd edib.

Atam deyir ki, ayaq üstə zorla qalxır, bütün sümükləri sızıldayır, ayaqlarının altı istilikdən yanır. Bir saatadək ayaq üstə gözləyib, görüşə dəvət etməyiblər. Oturmayıb ki, sonradan ayağa qalxa bilməyəcək. Sonda qapını döyəcləyib ki, görüşə icazə versinlər. Bu anda huşunu itirib, özündən gedib.
Nigar Həzi

Onun sözlərinə görə, Tofiq Yaqublu özü sanitar-tibb hissəsinə köçürülməsini istəmir. Çünki kamera yoldaşları ona kömək edir.

“Gündə iki dəfə həkim gəlib müayinə edir.”

Nigar Həzi bildirib ki, Tofiq Yaqublunun tələbi ilə bağlı rəsmi qurumlardan heç kim maraqlanmayıb.

“Ombudsman Səbinə Əliyevə və müəssisə rəhbərliyi aclığı dayandırmasını xahiş edib.”

Tofiq Yaqublu qızı vasitəsi ilə bildirir ki, aclığı sona qədər davam etdirəcək.

“Ölsəm bilərcəm ki, vətən yolunda ölmüşəm. İndi 60 yaşım var. Həbsdən çıxanda 65 yaşım olacaq. Həbsdən çıxandan iki ay sonra yenə şərləyib tutacaqlar. Türmələrdə yaşamaqdansa ya indi azadlığa çıxacam, ya da öləcəm. Geriyə yol yoxdur, fikrim qətidir, iradəm möhkəmdir,” o, atasına istinadən deyib.

Həzi hesab edir ki, “İlham Əliyev ya Tofiq Yaqublunu azadlığa buraxmalıdır, ya da Tofiq Yaqublunun ölümü ilə özünün məhvinə fərman verməlidir.”

Tofiq Yaqublu sentyabrın 9-da onun aclıq aksiyasına dəstək verən insanlara təşəkkür edib.

Nigar Yaqublu sentyabrın 9-da Böyük Britaniya Səfirliyində bu ölkənin səfiri, Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi ilə görüşunün olduğunu bildirib.

“Görüşdə vəkil Aqil Layıcov da iştirak edirdi. Tofiq Yaqublunun səhhəti ilə bağlı məlumat verdik. Bildirdik ki, qanunu pozanlara qarşı sanksiya tətbiq edilməsə, Azərbaycan hakimiyyəti geri çəkilməyəcək,” o qeyd edib.

Penitensiar Xidmətdən Nigar Həzinin dedikləri, Yaqublunun səhhəti və saxlanma şəraiti ilə bağlı hələ münasibət almaq mümkün olmayıb.

Yaqublu ilk dəfə 2013-cü ildə İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. 2019-cü ilin oktyabrında icazəsiz aksiyada iştirakına görə inzibati qaydada həbsə məhkum edilib.

XS
SM
MD
LG