Accessibility links

Tofiq Yaqublu yeddinci gündür aclıq edir, aclıq aksiyasına yeni qoşulanlar var


Tofiq Yaqublu

Milli Şuranın və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu həbsxanada yeddinci gündür aclığı davam etdirir.

Onun həbsi Azərbaycan iqtidarını sərt tənqidlərindən sonraya təsadüf edir. Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq müxalifət funksioneri təqsirli bilinib, 4 il 3 ay həbsə məhkum edilib.

Yaqublu sentyabrın 2-də məhkəmə zalında ittihama və məhkəmə hökmünə etiraz olaraq ölüm aclığına başladığını elan edib. Onun aksiyasına digər müxalifət fəalları da qoşulub. Hazırda fəallar Müsavat Partiyasının qərargahında aksiyanı davam etdirir.

Tofiq Yaqublu yeddinci gündür aclıq edir, aclıq aksiyasına yeni qoşulanlar var
please wait

No media source currently available

0:00 0:04:39 0:00

Aclıq edənlərdən, AXCP fəalı Tofiq Məmmədov Amerikanın Səsinə deyib ki, Yaqublu və bütün siyasi məhbus kimi tanınan şəxslərə azadlıq tələb edir.

“Mən Tofiq Yaqublu kimi sonadək aclığı davam etdirəcəm. Tofiq Yaqublu və bütün siyasi məhbuslar həbsdən azad edilməlidir. Ölkəmizdə siyasi sifarişli həbslərə son qoyulmalıdır,” o qeyd edib.

Aclıq edənlərə baş çəkənlər arasında Tofiq Yaqublunun qızı Nigar Həzi də var. O atasının səhhətindən narahatdır.

“Atamın səhhəti ailəmizi çox narahat edir. Onun səhhəti çox zəifləyib. Ata hələ də saxlanıldığı təcridxananın sanitar-tibb hissəsinə köçürülməyib. İndi hər saniyə Tofiq Yaqublunun səhhətinə təhlükədir. Çox həssas məqamdayıq. O qərarında inadlıdır və sonadək aclığı davam etdirmək qərarındadır. Ona qarşı sifarişli məhkəmə hökmü ləğv olunmalı və dərhal azadlığa buraxılmalıdır,” Həzi qeyd edib.

O atasının aclıq aksiyasına dəstək məqsədi ilə aclıq edənlərə, yerli ictimaiyyətə və beynəlxalq birliyə minnətdarlıq edib.

“Hamı haqqın, ədalətin yanında olmalıdır. Atamın həbsi siyasi sifarişdir. Qanunsuz olaraq barəsində çox ağır cəza kəsilib. O artıq altı aydır həbsdədir. Məhkəmədə heç bir hüquqdan, özünü müdafiədən söhbət gedə bilməzdi. Ata son olaraq aclıq aksiyasına əl atdı,” Nigar Həzi Amerikanın Səsinə deyib.

Tofiq Yaqublu Musavat Partiyasının funkisinerlərindəndir. Müsavat Partiyasının başqanı Arif Hacılı Yaqublunun həbsinin siyasi sigfariş olduğunu bildirib və hakimiyyəti onu dərhal azadlığa buraxmağa çağırıb.

“Azərbaycan hakimiyyəyi ictimaiyyətin rəyini nəzərə almadı. Tofiq Yaqublu ölkədə çox nüfuzlu siyasi xadimlərdən biridir. Onun müdafiəsi digər siyasi məhbusların müdafiəsindən fərqlidir. Bu məsələdə beynəlxalq birliynin münasibəti də fərqlidir. Azərbaycan hakimiyyəti özünü cəmiyyətin, hüququn fövqündə görməməlidir. Özünü ictimai rəyin, hüququn fövqündə görən rejimlərin aqibəti bəllidir. Hakimiyyətin çıxış yolu Tofiq Yaqublunu dərhal azadlığa buraxmaqdır,” Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə deyib.

AXCP sədrinin müavini Seymur Həzi Yaqublunun həbsinin siyasi azadlıqlara, o cümlədən fikir azadlığına qəsd oluğunu deyir.

“Hökumət Tofiq Yaqublunun tələbinə kifayət qədər çevik reaksiya verməlidir. Qanunun aliliyi təımin olunmalı və Tofiq Yaqublunun hüquqları bərpa olunaraq dərhal azadlığa buraxılmalıdır,” Seymur Həzi Amerikanəın Səsinə deyib.

Dilarə Miriyeva aclıq aksiyanı dəstəkləyir. O hesab edir ki, Tofiq Yaqublu ilə yanaşı bütün siyasi məhbuslar azadlığa buraxılmalıdır.

“Tofiq Yaqublu mübarizəsinin, əqidəsinin qurbanı olub. 60 yaşlı insan aclıq edir, səhhətində problemlər var. Onun təcili azad olunmasını tələb edirik,” Miriyeva Amerikanın Səsinə deyib.

Azərbaycan hakimiyyəti bir qayda olaraq ölkədə insanların siyasi təqiblərə məruz qalmadığını və vətəndaşların qanun qarşısında bərabər olduğunu bəyan edir. Rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını bildirir.

Şərhlərə bax

XS
SM
MD
LG