Accessibility links

Tofiq Yaqublu: Mən siyasi fəaliyyətimdə dayanan deyiləm. Davam edəcəm


Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu Amerikanın Səsinə müsahibəsində apellyasiya məhkəməsinin qərarına münasibət və bu qərarın siyasi fəaliyyətinə təsirlərindən və anasının dəfn mərasiminə buraxılmamasından danışıb.

Tofiq Yaqublu: Mən siyasi fəaliyyətimdə dayanan deyiləm. Davam edəcəm
please wait

No media source currently available

0:00 0:08:56 0:00

Amerikanın Səsi:Tofiq bəy, Apellyasiya Məhkəməsi barənizdə çıxarılan hökmü yalnız qismən dəyişdirdi. Növbəti addımlarınız necə olacaq, kassasiya şikayəti verəcəksiniz? Ümumiyyətlə bu qərarı necə qiymətləndirərdiniz?

Tofiq Yaqublu: Əlbəttə, ədalətsiz qərardır. Bir az da təhqiramizdir. Təsəvvür edin, qatı xuliqanlıq maddəsilə mənə qarşı ittiham irəli sürülüb.Tam absurd, yalançı bir ittihamdır. Sadəcə, nisbətən bu dəfə yumşaltdı. Bu qərar aşağılayıcıdır. İnsan azadlığını yenə məhdudlaşdırır. Mən ölkədən yenə xaricə gedə bilmərəm. Digər fəaliyyətləri məhdudlaşdırır. Biz bununla əlbəttə razılaşmayacıq. Bütün instansiyaları keçəcəyik. Ali məhkəməyə müraciət edəcəyik. Təbii ki, o da təmin etmədikdən sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik.

Amerikanın Səsi: Ümumiyyətlə sizə qarşı verilən bu ittihamlar nə dərəcədə doğru və ya yalnış idi?

Tofiq Yaqublu: İlham Əliyev, qərarları o verir. Hansısa kanyukturanı hesablayır, ona uyğun qərar verir. Bəzən vəziyyət elə gəlir ki, bir az loyal dayanır. Siyasi məhbusları azad eləyir. Onların cəzalarını yumşaldır. Bəzən də baxırsan ki, qəddarlıq edir, işgəncələr davam eləyir. Mənim həbsim. İlham Əliyevin Novruz təbrikində müxalifəti hədələdi ki, pandemiyanın karantin şərtlərindən istifadə edərək, müxalifəti təcrid eləmək lazımdır, arxasınca da məni həbs elədilər. Doğrudan deyirəm hökümət elə sadəcə desin ki, siyasi fəaliyyətinə görə həbs edirik. Daha rahat olar. Yoxsa ki, kimisə narkotiklə, xuliqanlıqla ittham eləmək doğru deyil. Gülüncdür. O cür ucuz oyunlara gedir. Normal insan özünə bunu rəva bilməməlidir. Əminəm ki, gec-tez hamı cəzasını alacaq.

Amerikanın Səsi: Bəs, Apellyasiya Məhkəməsinin qərarı siyasi fəaliyyətinizə necə təsir edəcək?

Tofiq Yaqublu: Mən fəaliyyətimdə dayanan deyiləm. Yəni, indi siyasi fəaliyyət yazmaqdan, deməkdən, çıxış eləməkdən ibarətdir. Bunlarla da məşğulam. Heç bir halda mən həbsxanada olanda da bir anlığa siyasi fəaliyyətimi dayandırmamışam. İmkanım daxilində həbsxanda olanda da öz ismarıclarımı göndərmişəm. İndi də eləyəcəm. Amma hökümət də bu saxta hökmdən istifadə edib saxta problemlər yarada bilər. Məhdudiyyətlər var. Tutaq ki, mən nəzarətdəyəm, probasiya idarəsindən qeydiyyatdan keçmişəm. Hökümət də ondan istifadə edib mənə nəsə problemlər yara bilər. Tutaq ki, sabah kütləvi aksiyalar olsa mən qatılsam sözsüz ki, artıq özləri üçün bir hüquqi zəmin yaratmış olacaqlar. Bundan çıxış edərək mənə qarşı hərəkətlər edə bilərlər. Amma mən düşünürəm ki, heç nəyə fikir vermədən nə imkanlar varsa mübarizəni aparmaq lazımdır.

Amerikanın Səsi: Apellyasiya Məhkəməsinin qərarı və şərti cəzaya məhkum olunmanız ananızın yas mərasimizndə iştirak etmək üçün Gürcüstana getməyiniz üçün əsas olmadı. Sizə rayon məhkəməsinə müraciət etmək tövsiyə olunmuşdu. Rayon məhkəməsi qərar veribmi?​

Tofiq Yaqublu: Bəli, Apellyasiya Məhkəməsinin qərarı mənim ölkədən çıxışıma icazə vermir. Sadəcə olaraq əvvəlki hökmü bir az yumşaltmış şəkildə görünür. Və mövcud qaydalara görə biz Suraxanı məhkəməsinə müraciət etməli olduq. Burada siyasi qərar olacaq .Sözsüz ki, tapşırıq olacaq. Dəhşətli dərəcədə narahat olan deyiləm. Anam yaşlı bir qadın idi. Nə vaxtsa dünyadan köçməli idi. Amma onlar son günlər anamın yanında olmağa imkan vermədilər. İndi düşünürlər ki, heç bir yas mərasimində iştirak eləməyim.

Amerikanın Səsi: Ölkədə siyasi münasibətləri necə qiymətləndirirsiniz, hakimiyyət-müxalifət dialoqu mümkündürmü? Əgər dialoq olarsa sizcə mövzusu nə ola bilər ?

Tofiq Yaqublu: Əlbəttə mümkündür. Ölkədəki real situasiyadan asılıdır. Hökümət konkret olaraq dialoqa getməyə məcbur olmalıdır. Bunun üçün çox ciddi beynəlxalq təzyiq olmalıdır. Cəmiyyətin ciddi təzyiqi olmalıdır. Başqa bir halda dialoqu mümkün görmürəm. Hökümət guya dialoq aparır. Bu farsdır, oyundur. Kimlərisə aldatmağa hesablanır. Heç bir dialoq yoxdur. Amma mövzu ilk növbədə siyasi məhbusların azad edilməsi, sərbəst toplaşma azadlığının təmin edilməsi, seçki məcəlləsinə dəyişiklik, yəni, ilkin olaraq bu məsələlər müzakirə edilməlidir. Müxalifətin müxalifətçilik eləmək üçün qanuni əsaslar mövcuddur. Sadəcə yerinə yetirilməlidir. Bu yöndə müzakirələr edilməlidir. Mən düşünürəm ki, İlham Əliyev gec-tez ya dialoqa gəlməli olacaq, ya da elə şərait yarana bilər ki, hadisələr o qədər sürətlə getsin ki, o dialoqa imkan tapmasın. Yenə deyirəm ancaq bu halda İlham Əliyev dialoqa gedə bilər.

Amerikanın Səsi: Pegasus qalmaqalında ictimai, siyasi xadimlərin, jurnalistlərin dinlənilməsinə münasibətiniz necədir? Nə dərəcədə əsaslıdır?

Tofiq Yaqublu: Zərrə qədər şübhə eləmirəm kiç o məlumatlar doğrudur. Zatən İlham Əliyev hakimiyyəti bütün müxalifətə qarşı bütün basqılardan, mövcud dinləmə üsulundan istifadə edib. Hətta bu məlumatlar çıxmayana qədər bunu dəfələrlə sübut eləmişik. Elə məhkəmədə sübut eləmişəm. Faktlarla, ardıcılıqla. Bir daha növbəti dəfə sübut olunur ki, baxın, bu hakimiyyət necə qeyri- legitim üsullarla müxalifətə qarşı mübarizə aparır. Təkcə müxalifətə qarşı yox. İctimai əhəmiyyət kəsb eləyən insanlar fərqi yoxdur, hətta o adamlar iqtidaryönlü ola bilər şantaj üçün, kuluarlarda nə söhbət gedir, onları bilmək üçün. Amma mən bununla bağlı bir neçə dəfə suala cavab vermişəm. Məsələnin hüquqi tərəfini qoyaq qırağa, sadəcə ayıbdır. Başqasının mərhəm söhbətini, görüntülərini izləmək tərbiyəsizlikdir. İnsan bunu etməməlidir. Qalmışdır ki, dövlət adından dəhşətli vəsaitlər xərcləyərək, qanunu pozaraq bu insanları dinləyirlər. Bu, çox biabırçılıqdır. Düşünürəm ki, bunun nə vaxtsa hüquqi nəticəsi də olmalıdır.

XS
SM
MD
LG