Accessibility links

Tofiq Yaqublunun apellyasiya şikayətinə sentyabrın 28-də baxılacaq


Tofiq Yaqublu
Tofiq Yaqublu

Bakı Apellyasiya Məhkməsi Tofiq Yaqublunun barəsində cinayət işi üzrə ilkin baxış iclasını sentyabrın 28-nə təyin edib.

Bu barədə vəkil Elçin Sadıqov bildirib.

“Qanunvericiliyə görə, məhkəmə baxışı şikayət daxil olduqdan sonra 15 gün ərzində təyin edilə bilər. Biz düşünürdük ki, məhkəmə Tofiq Yaqublunun səhhətinin pisləşməsini nəzərə alaraq məhkəmə baxışını tez təyin edəcək. Amma, belə olmadı,” vəkil Amerikanın Səsinə deyib.

Azərbaycanın müxalif siyasi xadimi Tofiq Yaqublu sentyabrın 17-də on altıncı gündür aclığı davam etdirir. Onun aclıq aksiyasına başlamasına səbəb həbsi barədə məhkəmə hökmüdür.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq, Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını elan edib.

Vəkil Aqil Layıcovun Avropa İnsan Hüquqları Məhkəməsinə 39-cu Qaydaya görə ünvanladığı müraciət əsasında sentyabrın 12-də Yaqublu saxlanıldığı Şüvəlan təcridxanasından Bakıdakı mülki xəstəxanaya (City Hospital özəl klinikası) köçürülüb. Bu qayda insan həyatı üçün geridönməz həyati təhlükələr olduqda tətbiq olunur.

Yaqublunu müalicə edən müstəqil həkim, tibb elmləri doktoru Adil Qeybulla bu gün, sentyabrın 17-də ona baş çəkəndən sonra Amerikanın Səsinə bildirib ki, aclığın davam etdirilməsi koma vəziyyətini qaçılmaz edir.

“Bu gün 16-cı sutkadır aclığı davam etdirir. Vəziyyəti 16 sutka aclıq edən şəxsin vəziyyətinə adekvatdır. Xeyli zəifləyib, çəki itirib, halsızlaşıb. Özünün iradəsinin ziddinə olsa da tibbi korreksiyalar edilir. Amma qida qəbul etmir. Onun durumu elədir ki, hər an komaya düşə bilər, aclıq keçirən insanda hər şey ola bilər. Ona görə də çalşırıq ki, ağırlaşma olanda vaxtında müdaxilə edə bilək,” həkim qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG