Accessibility links

Tofiq Yaqublunun döyülməsi kəskin tənqidlərlə qarşılanır


Tofiq Yaqublu aksiya zamanı
Tofiq Yaqublu aksiya zamanı

Dekbarın 1-də “Saleh Rüstəmliyə azadlıq!“ şüarı ilə keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılan Milli Şuranın və Müsavat Partiyasının funksioneri, keçmiş siyasi məhbus Tofiq Yaqublunun döyülməsi tənqidlərlə qarşılanıb. Sosial şəbəkələrdə çoxsaylı insanlar, hüquq müdafiəçiləri, ictimai-siyasi xadimlər, ziyaılar, hətta iqtidartönümlü kimi tanınan şəxslər etiraz notları olan statuslarla çıxış edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Yaqublunun döyülməsinin “sifarişçisinin birbaşa ölkə başçısı” olduğunu deyib.

“Şübhə etmirəm ki, bu qəddarlığın sifarişi birbaşa İlham Əliyevdən gəlib. Ona da şübhə etmirəm ki, cəmiyyətdə nifrət və qəzəbi artıran bu qəddarlığın ən çox zərər çəkəni elə İlham Əliyev və komandası olacaq,” AXCP sədri Facebook səhifəsində qeyd edib.

Müsavat Partiyasının başqanı Arif Hacılı Tofiq Yaqublunu döyənlərin dərhal müəyyən edilməsini tələb edib.

“Dərhal araşdırma aparılmalı, bu cinayəti törədənlər məsuliyyətə cəlb olunmalıdır,” Müsvat başqanı Facebook səhifəsində yazıb.

Hüquq müdafiəçisi Anar Məmmədli Tofiq Yaqublunun döyülməsini tənqid edib.

“Azərbaycandakı siyasi rejim öz cinayətlər dosyesində mənfur əməllərinin sayını artırmaqda davam edir. Bir gün bu rejim tarixin arxivinə gedəcək və lənətlə xatırlanacaq. Mütləq gedəcək, buna şübhəniz olmasın!” o facebook səhifəsində qeyd edib.

Milli Şuranın sədri Cəmil Həsənli Milli Şura Koordinasiya Mərkəzinin və Müsavat partiyasının üzvü Tofiq Yaqublunun döyülməsinin sifariş oldğunu deyib.

“Tofiq Yaqublunu bu fotosu 18 il ərzində İlham Əliyevin Azərbaycanda qurduğu "hüquq sistemi" və "hüquqi dövlətin" gercək sifətidir!” Həsənli facebook səhifəsində yazıb.

Dekabrın 1-də “Saleh Rüstəmliyə azadlıq!“ şüarı ilə keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılan Milli Şuranın və Müsavat Partiyasının funksioneri, keçmiş siyasi məhbus Tofiq Yaqublunun üz nahiyəsində çoxsaylı qançırlar olan fotosu yayılıb. Fotoda Yaqublunun göz, üz nahiyəsi və göz qapaqlarında zədələrin olduğu görünür. Tofiq Yaqublu saxlanılarkən onun sifət nahiyəsində həmin qançırların olduğu görünmür.

Yaqublu Amerikanın Səsinə bildirib ki, polis tərəfindən işgəncələr məruz qalıb.

“Məni tutub, döyə-döyə polis bölməsinə gətirdilər. Orada bandotdeldən (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi nəzərdə tutulur-red) xüsusi qrup gəldi. Məni ayrı otağa saldılar, əlimi qandalladılar, başıma torba keçirdilər. Möhkəm döydülər. Sonra sürüyüb bir avtomobilə atdılar. Yolda yenə də döyməkdə davam etdilər. Yolun bir yerində sifətimin şəklini çəkib yuxarı göndərdilər, raport verdilər. Onlar da baxıb, xəsarətlərin ürəklərincə olmadığını, təmiz deyil, testdən keçmədiyini dedilər. Sonra bir körpünün altında avtomobildən saldılar, yenə də döydülər. Başımda torba olduğundan hara olduğunu müəyyən edə bilmirdim. Sonra gətirib bir çöllü-biyabanda atdılar. Nə yol, nə avtomobil, heç yer görünmürdü. Orada üstümə düşdülər ki, imtina edim, söz verim, kameraya danışım ki, bir daha mübarizə aparmayacam. Təbii ki, mən də bunları demədim. Sonra qollarıma vurduqları qandallar açılmırdı. Xeyli vaxt qandalların üzərində çalışdılar. Sonra Mitsubishi markarlı bir pikap avtomobil gəldi. Yenə torba başımda gətirib haradasa avtomobili saxladılar. Yenə tələblər irəli sürdülər. Axırda da gətirib Ələt qəsəbəsində avtomobildən düşürdülər,“ o qeyd edib.

Daxili İşlər Nazirliyinin cavabı

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, Tofiq Yaqublunun polis bölməsində döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır.

“Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaqdır,” o, qeyd edib.

Öz növbəsində Azərbaycan hakimiyyəti çərşənbə günü baş verənlərə hələlik siyasi reaksiya verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG