Accessibility links

Tofiq Yaqublunun işi üzrə prosesdə şahid ifadəsini qarışdırıb


Bakının Nizami rayon Məhkəməsində müxalif siyasətçi, Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun işi üzrə avqustun 19-da keçirilən prosesdə şahid qismində Nizami rayon Polis İdarəsinin 24 saylı Polis Şöbəsinin əməliyyat müvəkkili Elxan Cəfərovun ifadəsi dinlənilib.

Şahid ibtidai istintaqa Yaqublunun “zərərçəkmişi” vintaçanla vurması barədə verdiyi ifadəni təsdiq etdiyini bildirib. Vəkil nə gördüyünü, Yaqublunun “zərərçəkmişi nə ilə vurduğunu” soruşduqda şahid cavab verə bilməyib. Yaqublunun əlində vintaçan olub-olmadığı barədə dəqiqləşdirici suala cavabda şahid deyib ki, söhbətin nədən getdiyini başa düşmür.

Vəkillər mobil rabitə operatorundan hadisə zamanı hadisə bölgəsində şahidin əlində mobil telefon olub-olmadığı barədə məlumat tələb edilməsi barədə vəsatət qaldırıb. Vəkillər həmçinin bu işi aparan müstəntiqin şahid qismində cəlb edilməsini istəyiblər. Amma vəsatətlərin heç biri təmin edilməyib.

Hakim növbəti məhkəmə iclasının avqustun 21-nə təyin edildiyini elan edib.

Yaqublu hər üç vəkilinin məhkəmədə iştirakını tələb edir.

Vəkillər isə başqa işlərlə məşğul olduqlarına görə prosesi təxirə salmağı xahiş ediblər. Amma hakim qərarını dəyişdirməyib.

Yaqublu buna etiraz edərək, hər üç vəkilinin prosesdə iştirak etməsini istədiyini deyib.

Bu gün ictimai-siyasi fəallar və jurnalistlər yenə prosesə buraxılmayıblar.

"Atama qarşı bütün cinayət işi saxtadır, quramadır"
please wait

No media source currently available

0:00 0:04:29 0:00

Martın 22-də Tofiq Yaqublunun içində olduğu park edilmiş avtomobili sükanı arxasında vətəndaş Elxan Cəbrayılovun oturduğu avtomobil vurub. Bundan sonra Cəbrayılov Yaqublu ilə dalaşmağa başlayıb, qəzada onu ittiham edib.

Nizami rayon Polis İdarəsi Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq) maddəsi ilə cinayət işi açıb.

Yaqublu hökuməti tənqid etdiyinə və Amerikanın Səsinə müsahibəsinə görə həbs edildiyini bildirib. Beynəlxalq hüquq müdafiə təşkilatları Yaqublunun həbsini qınayıblar.

Bundan öncə, Yaqublu 2013-cü ildə İsmayıllıda iğtişaşlara təhrik etmə ittihamı ilə üç il müddətinə həbs edilib.

O, 2019-cu il noyabrın 19-da da Milli Şuranın icazəsiz etiraz aksiyasında iştirak etdiyinə görə həbs edilib və inzibati həbsə məhkuim edilib.

XS
SM
MD
LG