Accessibility links

Tofiq Yaqublunun məhkəməsi başlayıb


Tofiq Yaqublu etiraz aksiyası zamanı polislər tərəfindən saxlanılarkən
Tofiq Yaqublu etiraz aksiyası zamanı polislər tərəfindən saxlanılarkən

Bakının Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmə baxışı avqustun 5-nə təyin edilib.

Tofiq Yaqublunun yaxınlarının Amerikanın Səsinə verdiyi məlumata görə, prosesin açıq olmasına baxmayaraq, sərt karantin rejimi olduğunu bildirərək ictimaiyyət nümayəndələrini, jurnalistləri məhkəmə zalına buraxmayıblar.

Bu günki prosesdə vəkillər Tofiq Yaqubluya qarşı həbs qətimkan tədbirinin dəyişdirilməsi, cinayət işinə xitam verilməsi və ailəsinə məxsus avtomobilin qaytarılması, məhkəmə tərkibinə etirazla bağlı vəsatətlər verib. Lakin məhkəmə heç bir vəsatəti təmin etməyib.

Məhkəmədə zərərçəkmişlər də iştirak edib.

Tofiq Yaqublunun qızı Nigar Həzi deyib ki, atası yenə vərəm xəstəsi (hepatit C xəstəsi) ilə birlikdə saxlanılır. Onu sözlərinə görə, Tofiq Yaqublunun asma xəstəliyi var və pandemiya dövründə risk qrupuna daxildir.

“Bu, birbaşa onun həyatına təhlükədir. İndi də vizual olaraq gördüm ki, çox sınıxıb və rəngi çox boğuq idi. Bu məndə ciddi narahatlıq yaradıb. O qeyd elədi ki, atasının səhhətinə problem olsa bunun məsuliyyəti İlham Əliyevin üzərinə düşür.”

Yaqublu martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında Tofiq Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi "VAZ-2107" avtomobili ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib."

Yaqublunun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Amma Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı: "8-ci kilometr bazarı"nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır".

Yaqublu haqqında həbs qərarı verilərkən məhkəmədə bildirib ki, baş verənləri o, telefonu ilə çəkib. Amma həqiqəti gizlətmək üçün polis idarəsində onun telefonunu yoldaşından alıblar və geri qaytarmayıblar.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG