Accessibility links

Tofiq Yaqublunun məhkəməsi başlayıb


Tofiq Yaqublu
Tofiq Yaqublu

Bakının Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan funksioneri Tofiq Yaqublunun işi üzrə məhkəmə baxışı başlayıb.

Proses açıq olsa da, karantin rejimi olduğundan ictimaiyyətin nümayəndələri və jurnalistlər məhkəmə zalına buraxılmayıb.

Məhkəmədə zərərçəkmişlər də iştirak edib.

Tofiq Yaqublunun məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:03:42 0:00

Tofiq Yaqublunun qızı Nigar Həzi deyib ki, hətta onun özünün belə prosesdə iştirakı üçün maneələr yaradılıb. Nigar Həzi atasının səhhətindən də narahatdır.

Bugünki prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Daha sonra vəkillər işin mahiyyəti ilə bağlı vəsatətlər qaldırıb.

Vəkil Nemət Kərimli deyir ki, prosesdə vəsatətlər qaldırılsa da hakim vəsatətləri təmin etməyib.

Daxili İşlər Nazirliyinin Tofiq Yaqublu ilə bağlı rəsmi açıqlaması

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, martın 22-də paytaxtın Nizami rayonu ərazisində Tofiq Yaqublunun idarə etdiyi avtomobil Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşub. Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb.

“Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib,” o qeyd edib.

Tofiq Yaqublu ittihamları rədd edir

Yaqublu ittihamı rədd edir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir.

Yaqublu məhkəmədə deyib ki, həbsi Facebook-da yazdığı statuslar və Amerikanın Səsinə verdiyi müsahibə ilə bağlıdır.

Onun həbsi prezident İlham Əliyevin müxalifətin ünvanına söylədiyi tənqiddən bir neçə gün sonraya təsadüf edir.

Yaqublu bundan öncə də 2013-cü ildə İsmayıllıda iğtişaş yaratmaqda günahlandırılaraq 3 il həbsdə saxlanıb (5 il həbs cəzası almışdı, əfv sərəncamı ilə azadlığa çıxıb). O, 2019-cu il oktyabrın 19-da Milli Şuranın razılaşdırılmamış etiraz aksiyasında iştirak etdiyinə görə 30 sutkalıq inzibati həbs olunub. Bu həbs zamanı Tofiq Yaqublu işgəncələrə məruz qaldığını bildirb.

Daxili İşlər Nazirliyi işgəncələr barədə deyilənlərin böhtan olduğunu bəyan edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG