Accessibility links

Tofiq Yaqublunun məhkəməsi yenidən təxirə salınıb


Tofiq Yaqublunun məhkəməsi yenidən təxirə salınıb
please wait

No media source currently available

0:00 0:03:11 0:00

Yanvarın 28-də Bakı Apellyasiya Məhkəməsi Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) və Müsavat Partiyasının funksioneri, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun şikayəti üzrə qərarın elan edilməsini qeyri-müəyyən müddətə təxirə salıb.

Buna formal olaraq işə baxan hakimlərdən birinin iştirak etməməsi səbəb olub.

Yaqublu Amerikanın Səsinə müsahibəsində bildirib ki, qərarın elan edilməsinin növbəti dəfə təxirə salınması siyasi hakimiyyətin qərarının və məhkəmənin müstəqil olmaması ilə bağlıdır.

Bugünki iclasla əlaqədar məhkəmənin qapıları önündə və məhkəmə binasının ərazisi ətrafında polis əməkdaşları yerləşdirilib. Onlar məhkəmə qarşısındakı insanları karantin qaydalarını pozmamağa, beş nəfərdən çox bir yerə toplaşmamağa dəvət edib.

Tofiq Yaqublu məhkəmənin qarşısında
Tofiq Yaqublu məhkəmənin qarşısında

Tofiq Yaqublu 22 mart 2020-ci il tarixində yol nəqliyyat hərəkətini pozmaqda və ər-arvada hücumda günahlandırılaraq saxlanılıb. Müxalifətçi ona qarşı təxribat törədildiyini bildirib. Bununla belə, ötən il sentyabrın 3-də o, dörd il üç ay müddətinə həbs cəzasına məhkum edilib.

Yaqublu ittihamının ləğv edilməsi tələbi ilə aclıq elan edib və aclığı 17 gün davam etdirib. Beynəlxalq hüquq müdafiə təşkilatları, Avropa İttifaqı, ABŞ işə yenidən baxmağa çağırıb. Nəhayət, sentyabrın 18-də məhkəmə qətimkan tədbirini dəyişdirib və Tofiq Yaqublunu ev dustaqlığına buraxılıb.

XS
SM
MD
LG