Accessibility links

Tofiq Zülfüqarov: ABŞ-ın regionda fəallığını artırmasını gözləyirik


Tofiq Zülfüqarov: ABŞ-ın regionda fəallığını artırmasını gözləyirik
please wait

No media source currently available

0:00 0:18:26 0:00

Birləşmiş Ştatlar və Azərbaycan arasında bir sıra qarşılıqlı sahələrdə əməkdaşlıq strateji xarakter daşıyır. Bunu Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Donald Trampa 4 İyul Amerikanın Müstəqillik günü münasibətilə təbrik məktubunda bildirib. Bundan öncə ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidentinə ünvanladığı təbrik məktublarında iki ölkə arasında əməkdaşlığın yüksək səviyyəsi qeyd edilib. Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Amerikanın Səsinin Amerika İcmalı proqramında müsahibəsində ABŞ-Azərbaycan əlaqələri, ABŞ-ın regionda rolu və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Amerikanın səylərindən danışıb.

Tofiq Zülfüqarov Azərbaycanın müstəqiliyini qazandıqdan sonra Amerika Birləşmiş Ştatları ilə münasibətlərin inkişaf etdirilməsinin xarici siyasət sahəsində əsas prioritetlərdən biri olduğunu bildirib. O, iki ölkə arasında münasibətlərin hazırda yüksək səviyyədə olduğunu düşündüyünü deyib.

“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Amerika Birləşmiş Ştatları ilə əlaqələri inkişaf etdirməyə cəhdlər göstərirdi. Hesab edirəm ki, indi iki ölkə arasında əlaqələr çox yüksək səviyyədədir.”

Həmişə Amerika Birləşmiş Ştatlarının dəstəyini hiss etmişik və Ermənistan-Azərbaycan münaqişəsində onun vasitəçilik mövqeyi Azərbaycan tərəfini qane edir.

Keçmiş xarici işlər nazirinin sözlərinə görə, enerji, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq “Azərbaycan və Amerika arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu” deməyə əsas verir.

Tofiq Zülfüqarov ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında vasitəçilik səylərini qeyd edib.

“Əsas istiqamətlər müsbətdir. Çünki biz həmişə Amerika Birləşmiş Ştatlarının dəstəyini hiss etmişik və Ermənistan-Azərbaycan münaqişəsində onun vasitəçilik mövqeyi Azərbaycan tərəfini qane edir.”

Tofiq Zülfüqarov eyni zamanda danışıqların hazırkı mərhələsində inkişafın müşahidə edilmədiyini bildirib. Onun sözlərinə görə, "Rusiyanın Ermənistana hərbi-təhlükəsizlik qarantiyaları danışıqlar prosesində əsas maneələrdən biridir və Amerika Birləşmiş Ştatları bu mənfi təsiri neytrallaşdırmaq imkanlarına malikdir”.

“Əgər bu “mənfi təsir” adlanan siyasətin qarşısı alınsa, mən hesab edirəm ki, bölgədə sülh bərqərar olacaq” –deyə, Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Amerikanın Səsinə müsahibəsində bildirib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Aleksey Navalnı Saxarov Mükafatına layiq görülüb
please wait

No media source currently available

0:00 0:11:19 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG