Accessibility links

Tofiq Zülfüqarov: Dünyada terrora qarşı ümumi strategiya yoxdur


Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Amerikanın Səsinə müsahibəsində 11 sentyabr terror hadisələrinin beynəlxalq münasibətlər strategiyasında yeri, Əfqanıstanda siyasi böhran və terrorizmin Azərbaycanın daxili və xarici siyasətinə təsirlərindən danışıb.

Amerikanın Səsi: Amerika Birləşmiş Ştatlarında təxminən 3000 insanın ölümünə səbəb olan 11 sentyabr terror hücumlarının 20-ci ildönümüdür. 11 sentyabr terroru beynəlxalq münasibətlər sisteminə, dövlətlərin xarici siyasət strategiyasına necə təsir edib? O təsirlər indi də hiss edilirmi?

Baş verən hadisə artıq uzun müddətdir, 20 il müddətdə geopolitik mənzərəyə öz təsirini göstərir.

Tofiq Zülfüqarov: Bəli, bu böyük bir hadisə idi. Ümumiyyətlə bütöv dünyaya təsir edən bir hadisə olub. Çünki ilk növədə onu sübut edib ki, biz indi bəşəriyyət olaraq qloballaşma dövrü yaşayırıq. Bu baxımdan biz gördük ki, hansısa ölkədə baş verən hadisə artıq uzun müddətdir, 20 il müddətdə geopolitik mənzərəyə öz təsirini göstərir. İlk növbədə ona görə ki, artıq vacib bir nəticə ortaya çıxıb. Yəni terrorçuların yaxşısı və ya pisi olmur. Ümumiyyətlə terrorla bağlı vaxtı ilə çox ölkələrdə şamil olunan siyasi üslubu biz gördük, hər yerdə onun əsas hədəfləri, məqsədləri adi insanlardır. Bu terror aktı da bunu bir daha sübut etdi.

Tofiq Zülfüqarov: Dünyada terrora qarşı ümumi strategiya yoxdur
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerikanın Səsi: ABŞ və NATO ölkələrinin Əfqanıstana qoşun yeritməsi faktiki 11 sentyabr terroruna cavab idi. 20 il sonra qoşunlar Əfqanıstanı tərk etdi. Bu nəyin nəticəsi idi? Dünya hansı səbəbdən terrora qalib gələ bilmir? Səbəbləri nədir?

Terror ilk növbədə siyasətdir, din deyil. İkincisi, bu məsələni təbii ki, gündəmə gətirən əsas məsələ o olmalı idi ki, terror özümüzünki, yaxud da bizə yaxın olan deyil.

Tofiq Zülfüqarov: Bəli, bunu dünya üzrə hər bir ölkəyə aid etmək olar. Çünki Azərbaycanı götürsək o da uzun müddət terror həmlələri ilə rastlaşıb. Hamımızın yadındadır ki, hansı hadisələr baş verib. Sizin dediyiniz Əfqanıstanda olan axırıncı hadisələr onu göstərir ki, terrorla mübarizədə ilk növbədə onu doğuran səbəblərlə mübarizə etmək lazımdır. Təbii, terrorçulara hansısa cəzalar vermək, məhv etmək, o da vacib bir məsələdir. Amma terroru gündəmə gətirən siyasi qüvvələri də ifşa edib, onları məhv etmək də çox vacibdir. Yenə də o fikri təkrarlamaq istəyirəm. Terrorda öz terrorçumuz, düşmən terrorçusu artıq gündəmdən çıxmalıdır. Terror üslubunu istifadə edən hər bir terrorçu gərək cəzasını çəksin.

Amerikanın Səsi: Son olaraq Kabil hava limanında baş verən terrora qarşı qabaqlayıcı tədbirlərin görülməməsinin səbəblərini necə izah edərdiniz?

NATO kimi nüfuzlu bir təşkilat, Amerika Birləşmiş Ştatları, onun ordusu olan yerdə bu şəkildə, bu proseslərin təşkili təbii ki, çox təəccüb doğurur.

Tofiq Zülfüqarov: Bu, təəccübedici görüntülər idi, biz görürdük. Yəni, NATO kimi nüfuzlu bir təşkilat, Amerika Birləşmiş Ştatları, onun ordusu olan yerdə bu şəkildə, bu proseslərin təşkili təbii ki, çox təəccüb doğurur. Əslində NATO-nun və ABŞ-ın nüfuzuna böyük bir zərbə vurulub. Biz gördük ki, bu məsələdə daha ciddi mövqedə duran və daha bacarıqlı siyasət yeridən Türkiyə oldu. Çox maraqlı bir məsələdir ki, hətta bundan qabaq Brüssel sammitində biz bəyanatlardan hiss etdik ki, orada səslənən fikirlər ondan ibarət idi ki, bu məsələdə Türkiyə prosesləri idarə etməlidir. Biz gördük ki, orada Türk kontingenti öz işini bacarıqla həyata keçirdi. Hətta indi belə bir məsələlər ortaya çıxıb ki, Türkiyə orada aeroportda öz xidmətini davam etdirsin. Amma biz gördük ki, Türkiyə bu məsələdə çox qətiyyətli bir mövqe tutub. Yəni, o, NATO tərkibində siyasəti və hərbi siyasəti həyata keçirməkdən uzaqlaşdı və indi Əfqanıstanla əlaqələri ikitərəfli səviyyədə inkişaf etdirmək niyyətindədir. Bu da hesab edirəm ki, bu hadisələrin çox maraqlı bir nəticəsidir.

Amerikanın Səsi: Terror təhdidlərinin dini radikalizmi adı altında birləşməsinin səbəbləri nədir? Bunu necə izah etmək olar?

Əslində terror özü özünə qanla, itkilərlə bağlı olan bir siyasi üslubdur. Bununla hansısa ideologiyanın formalaşdırılması çox çətindir.

Tofiq Zülfüqarov: Əslində terror özü özünə qanla, itkilərlə bağlı olan bir siyasi üslubdur. Bununla hansısa ideologiyanın formalaşdırılması çox çətindir. Ona görə, hazır olan dini ideologiyadan istifadə etməyə daha çox meyllidirlər. Yenə də deyirəm, biz görürük ki, islamofobiya deyilən proseslər dünyada öz yerini tapır. Görürük ki, islamofobiya əsasında, hətta Azərbaycana aid də bəzi addımlar atılır. Təbii ki, biz bunu görməliyik. Hesab edirəm ki, əslində bu terrorçular ilk növbədə hansısa qüvvələrin məqsədlərinə xidmət edir. Əslində İslamla onların heç bir əlaqəsi yoxdur. Yəni, onları gündəmə gətirən, onlara bəzən silah verən, taktika təşkil edən heç də regionda olan ölkələr deyil. Onlar kənardan idarə olunur və təəssüflər olsun ki, bəziləri şüurlu şəkildə, bəziləri bilməyərəkdən İslam imicinə ziyan gətirməkdədirlər.

Amerikanın Səsi: Sərhədlərin qlobal dünyaya açılması, yeni informasiya texnologiyaları silah alverini, məlumatladırmanı, çirkli pulların dövriyyəsini sanki asanlaşdırıb. Ekspertlərin fkrincə, yeni texnologiyalar və qloballaşma terrorrizmin tərkib hissəsi olan transsərhəd mütəşşəkkil cinayətkarlığa yol açıb. Belə olan halda terrora qarşı dünyada ümumi bir siyasət formalaşıbmı?

Həm terror, həm transsərhəd cinayətləri, o cümlədən narkotik alveri və digər məsələlər hələ də gündəmdə qalmaqdadır. Görünür ki, bunda hansısa dairələrin ciddi maraqları mövcuddur.

Tofiq Zülfüqarov: Demək olar ki, yox. Yəni, bu, Əfqanıstanda baş verən sonuncu hadisələr onu göstərir ki, əslinə qalsa terrora qarşı ümumi strategiya demək olar ki, yoxdur. Biz görürük ki, hətta NATO-nun üzvləri də hərə öz vətəndaşlarını öz təyyarələri ilə Əfqanıstandan çıxarırdı. Hətta dünya NATO səviyyəsində taktika birliyinin olmasını da görmədi. Bu onu göstərir ki, hələ də o mövzu gündəmdədir, dünya siz dediyiniz məsələlərə qarşı yetkin taktika və strategiya nümayiş etdirə bilmir. Təəssüflər olsun ki, həm terror, həm transsərhəd cinayətlər, o cümlədən narkotik alveri və digər məsələlər hələ də gündəmdə qalmaqdadır. Görünür ki, bunda hansısa dairələrin ciddi maraqları mövcuddur.

Amerikanın Səsi: 11 sentyabr terroru Azərbaycanın təhlükəsizlik sistemində, xarici və daxili siyasətində hansı dəyişikliklər yaradıb?

Azərbaycan da öz dövlət strukturlarında, ümumiyyətlə cəmiyyət olaraq terrora münasibətini çox kəskin şəkildə formalaşdırıb.

Tofiq Zülfüqarov: Hesab edirəm ki, Azərbaycan da öz dövlət strukturlarında, ümumiyyətlə cəmiyyət olaraq terrora münasibətini çox kəskin şəkildə formalaşdırıb. Çünki təhlükəsizlik sistemlərini, aeroprotlardan tutmuş mollara (ticarət mərkəzləri-red) qədər olan təhlükəsizlik sistemlərini hər gün müşaiyyət edirik. Bakıda və digər şəhərlərdə təhlükəsizlik sistemləri qurulub, kameralar və s. Yəni, bu, indiki dövrün tələbləridir. Başa düşməliyik ki, biz də dünyanın tərkib hissəsi olaraq terrorla mübarizədə yeni üslubları, yeni texnologiyaları istifadə etməliyik və edirik.

Amerikanın Səsi: Qoşunların Əfqanıstandan çıxarılması qərb dünyasında Azərbaycanın geopolitik mövqeyini zəiflədəcək, yoxsa daha da gücləndirəcək? Vəziyyət necə olacaq?

Indi Əfqanıstan mövzusu Türkiyə siyasi elitasının da gündəmindədir.

Tofiq Zülfüqarov: Postamerika dövrü indi təzə-təzə başlayıb. Orada müxtəlif qüvvələrin formalaşması və aktivləşməsi çox maraqlı bir konfiqurasiya yarada bilər. Biz görürük ki, artıq taliblərə qarşı müxtəlif etnik müqavimət güclənir. Taliblərə əsas dəstək verən qüvvələr də bəllidir. Bu Pakistan və Çindir. Yaddan çıxarmayaq ki, Pakistanla Çin hərbi müttəfiqdirlər. Əsasən də Hindistana qarşı onların müttəfiqliyi mövcuddur. Çox maraqlı bir məsələni də qeyd etmək lazımdır. Hindistan da artıq ABŞ, Avstraliya və digər ölkələrlə hərbi blok yaratmaqdadır. Yəni, geopolitik dəyişikliklər artıq baş verir. O ki, qaldı Azərbaycana, hesab edirəm ki, indiki mərhələdə biz vəziyyəti daha da diqqətlə öyrənib, ondan sonra hansısa addımlar ata bilərik. Bu baxımdan bu prosesdə bizə dəstək olan Türkiyənin bölgədə yeritdiyi siyasəti də qeyd etmək istərdim. Baxın, görün, indi Əfqanıstan mövzusu Türkiyə siyasi elitasının da gündəmindədir. Baxaq görək praktik siyasət hansı şəkildə formalaşacaq. Hesab edirəm ki, biz də bu məsələdən nəticə çıxarıb öz mövqeyimizi daha da təkmilləşdirəcəyik.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG