Accessibility links

Tofiq Zülfüqarov: Nikolay Patruşevin səfəri vacib və ciddi bir səfərdir


İlham Əliyev Nikolay Patruşevi qəbul edib
İlham Əliyev Nikolay Patruşevi qəbul edib

Sentyabrın 3-də prezident İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib.

Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri zamanı ekstremizmə, terrorçuluğa qarşı mübarizə ilə bağlı qanunvericilik və əməkdaşlıq məsələlərinin müzakirə ediləcək.
Rəsmi məlumatdan sitat

Azərbaycan prezidentinin rəsmi internet saytının məlumatına görə, görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və bütün digər sahələrdə uğurla inkişaf etdiyi qeyd edilib, iki ölkənin dövlət başçıları arasında səmimi münasibətlərin əlaqələrin inkişafındakı rolu vurğulanıb, Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri zamanı ekstremizmə, terrorçuluğa qarşı mübarizə ilə bağlı qanunvericilik və əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirilib və bu səfərin münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Bu, son günlərdə prezident İlham Əliyevin ilk görüşüdür. Bundan öncə sosial şəbəkələrdə prezidentin səhhətində problemlərin olması ilə bağlı şayiələr yayılıb. Müxalifətdə olan Müsavat Partiyası Əliyevin sağlamlıq durumu ilıə bağlı məlumat tələb edib.

Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya Təhlükəsizlik Şurasının katibinin Azərbaycana səfərini Amerikanın Səsinə şərh edərkən bildirib ki, Nikolay Patruşevin Azərbaycana səfəri Ermənistan-Azərbaycan cəbhəsində gərginliyin artdığı bir vaxta təsadüf edir.

Ermənistan rəhbərliyinin bu cür siyasəti hərbi əməliyyatların bərpasını çox real edir.
Tofiq Zülfüqarov, keçmiş xarici işlər naziri


“Hiss olunur ki, Nikolay Patruşevin səfəri vacib və ciddi bir səfərdir. Ən əsası da Ermənistan-Azərbaycan münasibətlərinin gərgin halını nəzərə alsaq, hiss olunur ki, vacib mövzulara həsr olunan bir səfərdir. Bir də qeyd etmək lazımdır ki, Ermənistanın baş naziri Paşinyanın bu ilin yayından başlayan təhdidedici siyasəti Rusiyanı ciddi şəkildıə narahat etməyə bilməz. Çünki Ermənistan rəhbərliyinin bu cür siyasəti hərbi əməliyyatların bərpasını çox real edir. Hiss olunur ki, Paşinyanın əsas məqsədi bu hərbi əməliyyatlardan bəhanə kimi istifadə edərək qəbyönümlü siyasətini daha da fəallaşdırmaq istəyir. Ermənistan rəhbəri həm də bundan istifadə edərək, onu qəbul etməyən Rusiya rəhbərliyinin himayəsindən uzaqlaşmaq istəyir,” Zülfüqarov Amerikanın Səsinə bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG