Accessibility links

Məhkəmə Tofiq Yaqublunu həbsdə saxlayıb


Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu
Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu

Tofiq Yaqublu həbsini siyasi sifariş adlandırıb

Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun həbs qətimkan tədbirinin dəyişrirlməsi ilə bağlı apellyasiya şikayətini təmin etməyib.
Vəkil Nemət Kərimli bildirib ki, Yaqublu məhkəmədə həbsinin siyasi sifarişli olduğunu və siyasi fəaliyyətinə görə həbs olunduğunu deyib.

Vəkil deyib ki, bundan sonra T.Yaqublunun həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması barədə məhkəməyə ərizə ilə müraciət olunacaq.
Məhkəmə qapalı keçirilib. Lakin məhkəmənin önündə bir çox ictimai - siyasi xadimlər, gənc fəallar olub. Bununla bərabər Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia da orada olub.

Fevralın 4-də İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilir.

Hüquq-mühafizə orqanları bildirirlər ki, İlqar Məmmədov və Tofiq Yaqublu yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar ediblər. Məhkəmə tərəfindən günahları sübuta yetirilərsə onları 3 ildən 7 ilədək həbs gözləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG