Accessibility links

Tohid Əmir Əmini məzuniyyəti bitdiyi üçün Evin həbsxanasına qayıdıb


Tohid Əmir Əmini

İranın Tehran şəhərindəki Evin həbsxanasında saxlanılan siyasi məhbus Tohid Əmir Əmini 5 günlük məzuniyyətinin bitməsi ilə Evin həbsxanasına qayıdıb.

13 dekabrda 350 milyon tümənlik zamin müqabilində məzuniyyətə buraxılan güneyli siyasi məhbus Tohid Əmir Əmini cümə günü dekabrın 18-də Evin həbsxanasına geri dönüb. Siyasi məhbus 22 ay həbsdə qaldıqdan sonra ilk dəfə məzuniyyətə buraxılmışdı.

Əmini keçən ilin fevral ayının 21-də Beynəlxalq Ana Dili Gününü qeyd etmək üçün Tehranda broşür yaymaq səbəbilə saxlanılaraq Evin həbsxanasına köçürülmüşdü.

Ötən ilin iyun ayının 23-də Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin sədrliyi ilə qurulan məhkəmə iclasında Əmini "İranın milli təhlükəsizliyini pozmaq" və "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamları ilə üzləşmişdi. O, birinci ittihama görə 7 il 6 ay, ikinci ittihama görə isə 1 il 5 ay azadlıqdan məhrum edilmişdi.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən Tohid Əmir Əminiyə verilən hökm Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsinin sədri hakim Əhməd Zərgərin tərfindən 7 il 6 ay həbs cəzasına endirildi və daha sonra qəbul edilən yeni bir qanun çərçivəsində 5 il həbs cəzası ilə dəyişdirildi.

İran həbsxanalarında COVID-19 xəstəliyinin yayılmasından dolayı bir çox məhbus məzuniyyətə buraxılsa da, Abbas Lisani və Lətif Həsəni kimi siyasi məhbusların müvəqqəti olaraq sərbəst buraxılmalarına icazə verilmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG