Accessibility links

Tokayev Qazaxıstanın Belarus-Rusiya İttifaqına qoşulması ilə bağlı Lukaşenkonun zarafatı haqda danışdı


RUSSIA-CSTO/SUMMIT
RUSSIA-CSTO/SUMMIT

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib ki, o, Aleksandr Lukaşenkonun Belarus-Rusiya İttifaqına qoşulmaq təklifi ilə bağlı "zarafatını yüksək qiymətləndirib." Onun şərhini əks etdirən videonu prezident Tokayevin mətbuat xidməti yayıb.

Tokayevin dediyinə görə, keçən gün Aleksandr Lukaşenko Qazaxıstana İttifaq dövlətinə qoşulmağı təklif edib. "Mən onun zarafatını yüksək qiymətləndirdim. Hesab edirəm ki, buna ehtiyac yoxdur. Çünki ilk növbədə Avrasiya İqtisadi Birliyi olmaqla, başqa inteqrasiya birlikləri var" deyib.

Nüvə silahlarına gəlincə, Tokayev bildirib ki, Qazaxıstanın onlara ehtiyacı yoxdur, belə ki, ölkə "Nüvə Silahının Yayılmaması Müqaviləsi"-nə və "Nüvə Sınaqlarının Qadağası Müqaviləsi"-nə qoşulub. "Biz bu beynəlxalq sənədlər üzrə öhdəliklərimizə sadiq qalırıq” - deyə, Qazaxıstan prezidenti əlavə edib.

Bundan əvvəl Lukaşenko rusiyalı jurnalistin sualını cavablandırarkən, "nüvə silahı hamı üçün" naminə digər ölkələrin İttifaq dövlətinə qoşulmasını təklif edib. O bildirib ki, nə Qazaxıstan və nə də digər dövlətlər Moskva ilə Minskin yaxın münasibətlərinin əleyhinə deyil.

Lukaşenkonun bəyanatından əvvəl Tokayevin mayın 24-də Moskvada keçirilən Avrasiya İqtisadi Forumunda çıxışı zamanı diqqəti Belarus və Rusiyanın Birlik Dövlətinin mövcudluğuna çəkib.

"Vahid siyasi, hüquqi, hərbi, iqtisadi, valyuta, mədəni, humanitar məkanı olan vahid ittifaq hökuməti, vahid ittifaq parlamenti olan "İki ölkə – bir dövlət". Üzr istəyirəm, hətta ikisinin nüvə silahı da birdir. Lakin Qazaxıstan, Qırğızıstan və Ermənistanın təmsil etdiyi inteqrasiyanın başqa səviyyəsi də var. Və biz bu reallıqla üzləşirik. Bu şəraitdə necə işləyəcəyik?" - deyə, Tokayev bildirib.

XS
SM
MD
LG