Accessibility links

Tokio sakininin evində parçalanmış cəsədlər aşkar edilib


Tokio polisinin verdiyi məlumata görə, evinin soyuducusunda 9 cəsədə aid parçalanmış bədən üzvlərinin tapıldığı şəxs həbs edilib.

Yaponiya mətbuatının verdiyi məlumatda bildirilir ki, bu ayın əvvəlində yoxa çıxan 23 yaşlı qadının araşdırması polisləri Zama regionunda yerləşən evə yönləndirib. Evin yaxınlığındakı küçədə təhlükəsizlik kameraları tərəfindən qeydə alınan qadının görüntüləri onun son göründüyü yer olaraq bilinir.

Media orqanlarının verdiyi məlumata görə, polis hadisə ilə bağlı 27 yaşlı şəxs həbs edib. Polis bundan əlavə heç bir bəyanat verməyib.

XS
SM
MD
LG