Accessibility links

Tokioda nüvə enerjisinə etiraz yürüşü keçirilib


Minlərlə insan nüvə enerjisinin qadağan edilməsini tələb edir

Tokioda minlərlə insan Yaponya parlamenti qarşısında nüvə enerjisinin qadağan edilməsi tələbi ilə nümayiş keçirib.

Dinc nümayiş iştirakçıları Baş nazir Yoşihiko Noda hökumətini nevə enerjisinə qadağa qoymağa çağırır.

Bu ayın əvəli təhlükəsizliklə bağlı xəbərdarlıqlara baxmayaraq, keçən il Fukuşima Daiçi nüvə elektrik stansiyasında zəlzələ və sunaminin ardınca qəzadan sonra sıradan çıxmış iki reaktor yenidən işə düşüb.

May ayında Yaponiyada çalışan bütün 50 nüvə reaktor yoxlamadan keçirilib.

Baş nazirin ofisi qarşısında hər həftə keçirilən nümayişlər nüvə enerjisi əleyhinə minlərlə insanı cəlb etməyə başlayıb.
XS
SM
MD
LG