Yaponiyanın Baş naziri Şinzo Abe bilririb ki, o və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın koronavirus pandemiyası səbəbi ilə Tokio 2020 Olimpia Oyunlarını bir il müddətinə təxirə salmaq barədə razılığa gəliblər.
Abe bildirib ki, sülh dövründə görünməmiş bu addım "mövcud vəziyyəti nəzərə alaraq" atılıb. O bütün tərəflərin idmançıların, klubların və izləyicilərin təhlükəsiz və güvənli mühit istədiyini vurğulayıb.
1948-ci ildən bəri hər dörd ildən bir keçirilən olimpiada 17000-dən çox insanın ölümünə səbəb olan və 380.000-dən çox insanın yoluxduğu virusun yayılması ilə əlaqədar təxirə salınmış ən böyük tədbirdir.
Pandemiya kütləvi tədbirlərin təxirə salınması, şəhərlərdə hərəkətin məhdudlaşdırılması və sosial izolyasiya kimi tədbirlərin görülməsinə səbəb olub. Dünya ölkələrinin hökumətləri yeni virusun yayılmasının qarşısının alınması səylərini davam etdirir.