Accessibility links

Tokio Olimpiya Oyunlarına yeni məhdudiyyət qaydaları tətbiq edilir


Qarşıdan gələn Tokio Olimpiya Oyunlarının təşkilatçıları məkanlara buraxılacaq azsaylı yaponiyalı tamaşaçılara COVID-19-un yayılmasının qarşısını almaq üçün xüsusi məhdudiyyətlər tətbiq edir.

Çərşənbə günü elan olunan qaydalara əsasən yerli tamaşaçılara alqışlamaq və ya dəsmal yelləmək, imza üçün idmançılara yaxınlaşmaq və ya digər tamaşaçılarla söhbət etmək qadağan olunur. Və tədbir bitdikdən sonra tamaşaçılardan birbaşa evlərinə getmələri istənəcək.

Xarici azarkeşlərin oyunlara qatılması qadağan olunub. Digər tərəfdən oyun məkanlarında alkaqol satışı da qadağan olunub.

Bu qadağalardan əvvəl bazar günü açıqlanan qaydalara əsasən oyunların keçirildiyi məkanlara 10000 və ya məkanının yalnız 50 faiz tutum həcmində tamaşaçı buraxılacaq.

Bundan əlavə bazar günü ölkədəki səkkiz əyalətdə iki aya yaxındır tətbiq olunan fövqəladə vəziyyətində tədricən yumuşaldılmasına qərar verilib.

Yumuşaldılmış məhdudiyyətlər oyunların başlamasına 12 gün qalmışa - 11 iyula qədər qüvvədə olacaq.

Baş nazir Yoşihide Suqa COVID-19-a yoluxmaların daha da pisləşəcəyi təqdirdə bütün tamaşaçıların oyunlara qatılmasının qadağan ediləcəyi barədə xəbərdaqrlıq edib.

Ölkədə ilk məhdudiyyətlər aprel ayında elan olunmuşdu. Bu vəziyyət sonradan may ayının sonuna qədər uzadılmışdı. Yoluxmaların artması bir qrup tibb mütəxəssinin oyunları dayandırmaq barədə çağırışına səbəb olub.

Xatırladaq ki, Tokio Olimpiya Oyunları koronavirus pandemiyası səbəbindən bir il gecikmə ilə hayata keçirilir.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG