Tokio 2020 Olimpia Oyunlarının rəhbəri Yoshiro Mori cümə günü istefa verib. Və qlobal formada etiraza səbəb olan seksist ifadələrinə görə üzr istəyib. Başından bəri problemli olan bu Olimpiya oyunları başlamasına cəmi beş ay qalmış yeni rəhbər axtarışındadır.
Olimpiya təşkilat komitəsinin iclasında çıxışı zamanı 83 yaşlı Mori bildirib ki, "Mənim yersiz şərhlərim böyük bir problemə səbəb oldu. Üzr istəyirəm". O, indi ən vacib şey Tokio Olimpiadasının uğurlu olması olduğunu bildirib.
Yaponiyanın keçmiş baş naziri olmuş Mori bu ayın əvvəlində Olimpiya komitəsi iclasında qadınların çox danışdığını deməsi ilə qəzəbə tuş gəlib.
Vəzifədən kənarlaşdırılması ilə əlaqədar olaraq yaranan qlobal etirazdan sonra üzr istəsə də, istefa verməkdən imtina edirdi.
Mori cümə axşamı Olimpiya kəndinin 84 yaşlı meri Saburo Kavabuçidən onun vəzifəsinə keçməsini istəsə də, cümə günü cəmiyyət onun öz əli ilə yenidən yaşlı bir kişini rəhbər seçməsi müzakirələrə səbəb olduğundan Saburo Kavabuçi təklifdən imtina edib.
Yerli media qurumu Fuji News Network (FNN) hökümətin Kavabuçinin namizədliyini əngəlləyəcəyini xəbər vərib.
FNN hökümət rəsmisinə istinadən bildirir ki, vəzifəyə bir qadın təyin olunmayana qədər və ya bir nəsil dəyişikliyi görmədikcə, biz nələrinsə dəyişdiyi görüntüsü yarada bilmərik.
Olimpiya təşkilat komitəsindən digər bir mənbə isə bildirib ki, Mori ilə əlaqədar yaranan bu qalamaqal Olimpiya oyunlarının "nüfuzuna ciddi xələl gətirdi".
Məsələnin həssas olması səbəbi ilə adını açıqlamayan mənbə bildirib ki, bir çox rəsmi Morinin yerinə qadın namizədin gəlməsini istəyir.
Yerli mətbuatda qadın Olimpiya Naziri Seiko Haşimoto həm yay, həm də qış oyunları üçün rəhbər olaraq mümkün namizədliyinin dəyərləndirildiyi xəbər verilir.