Accessibility links

Tokio Olimpiya Oyunlarının rəhbəri koronavirusa baxmayaraq yarışların keçiriləcəyini deyib


Tokio Olimpiya Oyunlarının rəhbəri davam edən koronavirus pandemiyasına baxmayaraq, bu il tədbirin baş tutacağına əmin olduğunu bildirib.

Tokio 2020-nin prezidenti Yoşiro Mori deyib ki, Olimpiadanın keçirilib-keçirilməyəcəyi deyil, necə keçiriləcəyini müzakirə etmək lazımdır.

"Koronavirusla bağlı vəziyyətin necə olmasından asılı olmayaraq Olimpiadanı keçirəcəyik", Mori bildirib.

Yay Olimpiya Oyunları əvvəlcə 2020-ci ilin iyulunda başlamalı idi, lakin təşkilatçılar tədbiri bir il təxirə saldılar. Tədbirin yeni tarixi 23 iyuldur.

Oyunların keçirilməsinin mümkün olub-olmadığına dair şübhələrin artmasına səbəb bir sıra ölkələrdə tətbiq olunan məhdudiyyətlərdir. Yaponiyanın böyük hissəsi virus səbəbiylə hazırda fövqəladə vəziyyət şəraitindədir.

Malayziya COVID-19-un yayılmasını dayandırmaq üçün məhdudiyyətlərin artırlıdığı ölkələr arasındadır. Müdafiə Naziri İsmail Sabri Yaakob çərşənbə axşamı məhdudiyyətlərin 18 fevrala qədər uzadılacağını bildirib.

Britaniyada ilk dəfə Cənubi Afrikada təsbit edilən koronavirus variantının yayılma qorxusu qapı-qapı kütləvi test kampaniyasına səbəb olub.

Bu səylər ölkənin səkkiz bölgəsində simptomlarının olub-olmamasına baxmayaraq insanların test edilməsini əhatə edir. Ümumilikdə, təqribən 80 min nəfər test edilməlidir.

Britaniya 3.8 milyondan çox təsdiqlənmiş yoluxma və 106 min ölüm halı ilə pandemiyanın ən çox təsirinə məruz qalan ölkələrdən biridir.

XS
SM
MD
LG