Artıq Tokio Olimpiya Oyunlarının başlamasına üç gündən az bir vaxt qalıb. Lakin oyunçular arasında COVID-19-a yoluma halları müşahidə edilməkdədir. Buna baxmayaraq, çərşənbə axşamı təşkilat komitəsi yoluxmalar artsa da, son dəqiqədə tədbirin ləğv edilməsi kimi bir addımın atılmayacağını bildirir.
Toşiro Muto mətbuat kornfansı zamanı yoluxmaları izlədiyini və 1 iyundan indiyə qədər akkreditasiya almış idmançılardan 71-nin koronavirusa yoluxduğunu bildirib.
"Yoluxmalarda artım müşahidə olunarsa müzakirələrə davam edəcəyik" deyən Muto bildirib ki, "Indiki halda yolyxmalar həm arta, həm də azala bilər, ona görə də biz vəziyyətə uyğun hərəkət etməliyik".
Keçən il pandemiya səbəbindən təxirə salınmış Tokio 2020 Olimpiya Oyunlarının sözçüsü daha sonra deyib ki, təşkilatçılar "Oyunların 100 faiz uğurlu keçməsinə fokuslanıblar".
Bəzi korporativ sponsorlar cümə günü açılış mərasimində iştirak etmək planlarını ləğv edib. Digər tərəfdən pandemiya səbəbindən sağlamlıq risklərini minimuma endirmək məqsədi ilə yarışlarda heç bir tamaşaçı olmayacaq.
Yaponiyanın peyvəndlənmə proqramı digər inkişaf etmiş ölkələrlə müqayisədə geridə qalır. İndiyə qədər ölkə üzrə virusa 840 mindən çox yoluxma qeydə alınıb. Ölənlərin sayı isə 1387-dir.
Oyunlar müddətində qaydalara əsasən tez-tez COVID-19 testləri keçiriləcək və iştirakçıların hətəkətləri məhdudlaşdırılacaq.
Lakin təşkilat komitəsinin prezidenti Seiko Haşimoto mətbuat konfransı zamanı bildirib ki, oyunlara ictimaiyyətin dəstəyi azalıb. "Həqiqətən ictimaiyyətin Olimpiadaya qarşı hiss etdiyi məyusluq və narahatlıqlardan dolayı səmimi qəlbdən üzr istəyirəm" - deyə, Haşimoto bildirirb.
Asahi Shimbun qəzetinin keçirdiyi sorğulara görə, respondentlərin 68 faizi təşkilat komitəsinin koronavirusa yoluxmalara nəzarət etmək qabiliyyətinə şübhə ilə yanaşdıqlarını bildirib. 55 faiz isə oyunların keçirilməsinə qarşı olduğunu deyib.
Bir neçə məşhur atlet virusa yoluxması səbəbindən oyunlara qatılmayacaq. Onlar arasında amerikalı tennis ulduzu Koko Qauff da var. Digər tərəfdən kişilərdən ibarət Cənubi Afrika komandası Yaponiya komandasına qarşı oyunlara qatılmaqda çətinlik çəkir. Çünki yoluxmalar 11 nəfərin oyuna çıxmasını çətinləşdirib.