Accessibility links

Tokio Yay Olimpiya Oyunları rəsmi olaraq başa çatdı


Tokyo 2020 Olympics

Tokio Olimpiadası rəsmi olaraq başa çatdı. Bazar günü axşam bağlanış mərasimləri zamanı Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax Oyunları bağlı elan etdi. Növbəti Yay Olimpiya Oyunları 2024 -cü ildə Parisdə keçiriləcək.

Yarışlarda olduğu kimi, azarkeşlər koronavirus pandemiyası səbəbi ilə bağlanış mərasimində də iştirak etməyiblər. Olimpiya məşəli göyə atəşfəşanlıq atıldığı zaman söndürülüb.

Yarışın son günündə ABŞ idmançıları daha üç qızıl medal qazanaraq, 39 qızıl medalla 38 qızıl medal qazanan Çini üstələyə bildi.

Ümumilikdə Amerika Birləşmiş Ştatları qızıl, gümüş və bürünc medallar da daxil olmaqla ümumi medal sayında bütün ölkələri geridə qoyub; ABŞ 113, Çin 88, Rusiya idmançıları 71, Britaniya 65 və ev sahibi Yaponiya 58 medalla oyunları bitirib.

Amerika qadın Olimpiya basketbol komandası ev sahibi Yaponiyanı 90-75 hesabı ilə üstələyərək qızıl medal qazandı. Bu onların ardıcıl 7-ci qələbəsi oldu.

İdmançılar Sue Börd və Diana Taurasi bazar günü basketbol üzrə beşinci qızıl medallarını qazandılar. Onlar ilk medalını 2004 -cü ildə Afinada qazanmışdı.

ABŞ qadın voleybol komandası da bazar günü qızıl qazandı. ABŞ komandası Braziliya üzərində qələbə qazanana qədər üç gümüş və iki bürünc medala sahib idi.

Bazar günü həmçinin, amerikalı Cennifer Valente qadınlar arasında omniumda - çox yarışçı velosiped üzrə çoxnövçülük yarışında qızıl medal aldı. Yaponiya dünya çempionu Yumi Kajihara gümüş, 38 yaşlı hollandiyalı velosipedçi Kirsten Vayld bürünc medal qazandı.

ABŞ Prezidenti Co Bayden birinci xanımı Cill Bayden ilə birlikdə şənbə günü keçirdiyi virtual görüşdə bir qrup ABŞ Olimpiya idmançısına "Məni çox qürurlandırdınız" deyib. O, görüş zamanı idmançıları Ağ Evə dəvət edib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG