Accessibility links

Tokioda koronavirusa rekord sayda yoluxma halları qeydə alınıb


Tokio rəsmiləri bildirib ki, Olimpiya Oyunları davam etdiyi bir vaxt cümə axşamı şəhərdə ardıcıl olaraq üçüncü gündür koronavirusa rekord sayda yoluxma halları qeydə alınıb.

Yaponiyanın səhiyyə nazirliyi 3865 yeni yoluxma halının qeydə alındığını bildirib. Bu isə çərşənbə axşamı ilə müqayisədə təxminən 700 daha çox yoluxma halıdır. Tokionun qubernatoru xərəbdarlıq edib ki, yoluxmalar gündə 4500-ə çata bilər.

Kabinetin baş katibi Katsunobu Kato mətbuat brifinqi zamanı deyib ki, ölkə boyu yoluxmalar daha öncə olmadığı sürətdə artmaqda davam edir.

Lakin yeni yoluxmalar insanların evdə qalmaq göstərişlərinə baxmayaraq Tokio küçələrində gəzmələrinin qarşısını almır.

“Ən böyük riski insanlarda böhran hissinin olmamasıdır,” hökumətin baş tivvi müşaviri Dr. Şigeru Omni bildirib.

Birləşmiş Ştatlarda isə Prezident Co Baydenin cümə axşamı bütün mülki federal işçilərin koronavirusa qarşı vaksin və ya müntəzəm olaraq test olmalı, maska taxmaq tələbi, sosial məsafə qaydaları və səyahət məhdudiyyətlərinə riayət etməli olduqlarını elan edəcəyi gözlənilir. Bu barədə Baydenin planları ilə yaxından tanış olan mənbə xəbər verib.

Mənbə bildirib ki, vaksin olmaq istəməyənlər işlərini itirməyəcəklər.

2020-ci ilə olan məlumata görə, ABŞ-da təxminən 2.2 milyon insan mülki federal işçi, habelə 570 min ABŞ Poçt Xidmətinin işçisi var.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi çərşənbə günü bildirib ki, ABŞ mahallarının təxminən 67 faizində yüksək yoluxma dərəcələri müşahidə olunur. Bu isə çərşənbə axşamı ilə müqayisədə 4 faiz daha yüksəkdir. Koronavirus COVID-19 xəstəliyinə səbəb olur.

Cons Hopkins Universitetinin Koronavirus Resurs Mərkəzinin cümə axşamına olan məlumata görə, COVID-19 dünya boyu təxminən 4.2 milyon insanın ölümünə, 196 milyon insanın yoluxmasına səbəb olub.

XS
SM
MD
LG