Accessibility links

Tom Kruz və Bred Pitt yeni filmdə iştirak edəcək


Oblivion Premiere-The Jameson Empire Awards 2013: Inside Arrivals
Oblivion Premiere-The Jameson Empire Awards 2013: Inside Arrivals
Hollivudun iki məşhur aktyorunun birgə çəkildiyi filmdən nə gözləmək olar? Çox güman ki, uğurlu çəkiliş və maraqlı film. Ən azı məqsəd budur. Tom Kruz və Bred Pitt yeni “Go Like Hell” filmində iştirak edəcək. Əslində bu, aktyorların birgə çəkildikləri ilk film deyil. Sonuncu dəfə onlar 1994-cü ildə “Vampirlə Müsahibə” filmində birgə çəkilib və artıq mavi ekranı yenidən bölüşməyin zamanı çatıb. “Go Like Hell” filmi 1960-cı ildə Fordla Ferrari avtomobil şirkətləri arasında rəqabətdən bəhs edir. Film sözsüz avtomobil yarışları ilə zəngin olacaq və 1966-cı ilə məxsus olan, 24 saat davam edən Le Mansa idman avtomobil yarışlarından bəhs edəcək. Sözsüz, yaxşı avtomobil yarışlarını izləməyi hər kəs sevir. Əlbəttə ki, Bred Pitt və Tom Kruz kimi aktyorların iştirakı ilə bu filmin uğursuz alınması mümkün deyil. Bu iki aktyor uğurlu filmin reseptidirlər.
XS
SM
MD
LG