Accessibility links

Tomas Melia Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyəti və müxalifətlə dialoqa çağırdı [Video]


Tomas Melia Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyəti və müxalifətlə dialoqa çağırıb
please wait

No media source currently available

0:00 0:07:08 0:00

Tomas Melia Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyəti və müxalifətlə dialoqa çağırıb

“Azərbaycan üçün bu ilki seçkilər beynəlxalq öhdəliklərə riayət etdiyini nümayiş etdirmək üçün yaxşı imkan olacaq”

Amerikanın Azərbaycanla əməkdaşlığı üç əsas sütun üzərində dayanır: buna demokratiyanın inkişafı və demokratik islahatlar, təhlükəsizlik, enerji və kommersiya məsələləri daxildir. Bu tezislər ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melianın aprelin 18-də Azərbaycana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bi daha xatıladılıb.

T.Melianın rəhbərlik etdiyi nümayəndə heyəti prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, ATƏT-in Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin təmsilçiləri, ictimai-siyasi qurumların, vətəndaş cəmiyyətinin rəhbərləri ilə müzakirələr aparıb.

Mətbuat konfransında ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyəti və müxalifətlə dialoqa çağırıb.

T.Melia bildirib ki, görüşlər zamanı o, ifadə və toplaşmaq azadlıqlarına görə həbs edilənlərlə əlaqədar narahatlığını bildirib və bu şəxsləri azad etməyə çağırıb.

O, əvvəlki səfəri zamanı görüşdüyü REAL hərəkatının lideri İlqar Məmmədovla bu dəfə görüşə bilməməsi ilə bağlı xüsusi təəssüfünü bildirib.

T.Melia qeyd edib ki, istintaq təcridxanasında Məmmədovla görüşmək istəyib, lakin bu xahişinə cavab almayıb. Ancaq o İlqar Məmmmədovun ailəsi ilə görüşüb.

Dövlət katibinin köməkçisinin müavini Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyəti fəallarına təzyiqlərə son qoymağa və QHT-lərin fəaliyyəti üçün maneələri aradan qaldırmağa çağırıb. O, demokratiya ideyalarına sadiq olan qurumların və xüsusən Azad Fikir Universitetinin fəaliyyəti üçün şərait yaradılmasının əhəmiyyətini qeyd edib.

Bu il keçiriləcək prezident seçkilərinə toxunan Melia qeyd edib ki, bu, Azərbaycan üçün beynəlxalq öhdəliklərə riayət etdiyini nümayiş etdirmək üçün yaxşı imkan olacaq.

Milli Demokratiya İnstitutunun Azərbaycanda gələcək fəaliyyəti ilə bağlı məsələyə toxunan Melia bu həftə qurum nümayəndələrinin Azərbaycan rəsmiləri ilə görüşlər keçirdiyini bildirərək, məsələnin aydınlaşdırılacağına ümid etdiyini vurğulayıb.

Azərbaycan rəhbərliyi ilə danışıqların təfsilatına varmayan Melia onları açıq və ciddi müzakirələr adlandırıb.

Dövlət katibinin köməkçisinin müavini həmçinin bildirib ki, sabah Dövlət Departamentinin Azərbaycanda insan hüquqları sahəsində vəziyyət haqqında illik hesabatı dərc ediləcək.
XS
SM
MD
LG