Accessibility links

İslam Dövləti girov götürülən xorvatın qətlə yetirildiyini iddia edir


İslam Dövlətinin Misirdəki cinahı ötən ay girov götürülən xorvatın qətlə yetirildiyini bəyan edərək, onun cəsədinin şəklini yayıb.

Xorvatiyanın dövlət HİNA xəbər agentliyi 2 uşaq atası, 30 yaşlı Tomislav Salopekin öldürüldüyünün təsdiq edilmədiyini bildirib. Xorvatiyanın baş naziri Zoran Milanoviç hadisə ilə bağlı bu gün çıxış etməlidir.

Qətli təsdiq edilsə Salopek İŞİD tərəfindən öldürülən ilk qərbli girov olacaq.

Ötən il qrup tərəfindən əksəriyyəti iraqlı və suriyalı dinc əhali olmaqla, 3 mindən artıq insan qətlə yetirilib. Öldürülənlər arasında humanitar yardım işçiləri, turistlər və jurnalistlər də olub.

İŞİD-in Twitter hesabbında yayılan şəkildə girovun başının kəldiyi, yerə bıçaq saplandığı və arxada İslam Dövlətinin qara bayrağı nümayiş etdirilib. Qrup daha əvvəl yaydığı tələbində Misirdə həbsdə olan müsəlman qadınların azadlığa buraxılmasını istəyib.

XS
SM
MD
LG