Accessibility links

Toni Memmel Azərbaycan Milli Musiqi Konservatoriyasında çıxış edib


Aprelin 11-də ameirkalı müğənni-bəstəkar Toni Memmelin Azərbaycan Milli Musiqi Konservatoriyasında konserti olub. Konsertdə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger, musiqi konservatoriyasının müəllim və tələbələri iştirak edib.

Konsert zamanı Toni Memmel musiqi konservatoriyasının tələbəsinin iştirakı və Azərbaycan tarının sintezi ilə Azərbaycan mahnısı da ifa edib.

ABŞ-ın Azərbaycandakı Səfirliyi ABŞ Dövlət Departamentinin "İncəsənət Elçisi" Proqramının himayəsi ilə aprelin 7-dən 13-dək müğənni-bəstəkar Toni Memmelin Azərbaycana ilk səfərini dəstəkləyib.

Toni Memmel Azərbaycan Milli Musiqi Konservatoriyasında çıxış edib
please wait

No media source currently available

0:00 0:01:42 0:00

ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatına görə, bu proqram Amerika musiqiçilərinin mədəniyyətlərarası anlaşma və əməkdaşlığı inkişaf etdirməsi üçün dünyanın müxtəlif ölkələrinə səfərlərini təşkil edir.

“Toni Memmel fiziki məhdudiyyəti olan musiqiçidir və onun proqramı bu insanların məhdudiyyətsiz potensialının olmasını göstərir. ABŞ Səfirliyi proqrama dəstək göstərdiyi üçün Azərbaycan Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinə təşəkkürünü bildirir” , məlumatda qeyd edilir.

Toni Memmel Azərbaycan Milli Musiqi Konservatoriyasında çıxış edib
Toni Memmel Azərbaycan Milli Musiqi Konservatoriyasında çıxış edib

Toni Memmelin anadangəlmə dirsəkdən aşağı qolunun olmamasına baxmayaraq, gitarada ifa etməyi təkbaşına öyrənib. O, 2013-cü ildə WAMI (Wiskonsın Bölgəsinin Musiqi Sənayesi) mükafatını qazanaraq Bon Iver, Les Pol, Kori Çisel və Bo Dins kimi müğənni-bəstəkarlar sırasına qoşulub. Bundan sonra "Assoşieytid Pres", "CNN", "Boston Qlob", "Milvauki Cournal Sentinel" və "Çikaqo Tribyun" kimi mətbuat orqanları onun fəaliyyətini işıqlandırmağa başlayıb.

O, davamlı şəkildə həyata keçirilən geniş qastrollarda iştirak nəticəsində ABŞ-ın 45 ştatı və 10 xarici ölkəyə səyahət edərək konsertlər verib. Cənab Memmel bu günə qədər 4 böyük və 2 kiçik həcmli albom ərsəyə gətirib və musiqi yolu ilə mədəni əlaqələr qurmaq üçün məktəb, xəstəxana və uşaq evlərində bir çox konsertlər verib. O, həmçinin musiqi sahəsində bakalavr dərəcəsini qazanaraq klassik vokal üzrə ixtisaslaşıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG