Accessibility links

Toni Memmel Azərbaycanda konsert proqramları ilə çıxış edir


Toni Memmel Azərbaycanda konsert proqramları ilə çıxış edir

ABŞ-ın Azərbaycandakı Səfirliyi ABŞ Dövlət Departamentinin "İncəsənət Elçisi" Proqramının himayəsi ilə aprelin 7-dən 13-dək müğənni-bəstəkar, natiq Toni Memmelin Azərbaycana ilk səfərini dəstəkləyib.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatına görə, bu proqram Amerika musiqiçilərinin mədəniyyətlərarası anlaşma və əməkdaşlığı inkişaf etdirməsi üçün dünyanın müxtəlif ölkələrinə səfərlərini təşkil edir.

“Toni Memmel fiziki məhdudiyyəti olan musiqiçidir və onun proqramı bu insanların məhdudiyyətsiz potensialının olmasını göstərir. ABŞ Səfirliyi proqrama dəstək göstərdiyi üçün Azərbaycan Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinə təşəkkürünü bildirir,” məlumatda qeyd edilir.

Toni Memmelin anadangəlmə dirsəkdən aşağı qolunun olmamasına baxmayaraq gitarada ifa etməyi təkbaşına öyrənib. O, 2013-cü ildə WAMI (Wiskonsın Bölgəsinin Musiqi Sənayesi) mükafatını qazanaraq Bon Iver, Les Pol, Kori Çisel və Bo Dins kimi müğənni-bəstəkarlar sırasına qoşulub. Bundan sonra "Assoşieytid Pres", "CNN", "Boston Qlob", "Milvauki Cournal Sentinel" və "Çikaqo Tribyun" kimi mətbuat orqanları onun fəaliyyətini işıqlandırmağa başlayıb.

O, davamlı şəkildə həyata keçirilən geniş qastrollarda iştirak nəticəsində ABŞ-ın 45 ştatı və 10 xarici ölkəyə səyahət edərək konsertlər verib. Cənab Memmel bu günə qədər 4 böyük və 2 kiçik həcmli albom ərsəyə gətirib və musiqi yolu ilə mədəni əlaqələr qurmaq üçün məktəb, xəstəxana və uşaq evlərində bir çox konsertlər verib. O, həmçinin musiqi sahəsində bakalavr dərəcəsini qazanaraq klassik vokal üzrə ixtisaslaşıb.

Memmel Azərbaycanda bir neçə pulsuz konsert verəcək. O, fiziki məhdudiyyətli musiqiçi və tələbələr üçün ustad dərsləri keçəcək. Memmelin Azərbaycandakı bütün konsertləri ödənişsizdir, giriş hamı üçün sərbəstdir.

Memmel aprelin 9-da Park Bulvar Moll-da, aprelin 10-da Xaçmaz Amerika Mərkəzi/Mərkəzi Kitabxanasında, aprelin 11-də Azərbaycan Milli Musiqi Konservatoriyasında, aprelin 12-də Salyan Amerika Mərkəzi/Salyan Mərkəzi Kitabxanasında konsert proqramları ilə çıxış edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Trampa qarşı yeni ittihamlar irəli sürülüb
please wait

No media source currently available

0:00 0:11:01 0:00
XS
SM
MD
LG