Accessibility links

Oklahoma ştatında tornadoları izləyən üç seysmoloq həlak olub


ABŞ-ın Oklahoma ştatında ikinci dəfə baş verən tornado nəticəsində həlak olan təxminən 13 nəfər arasında fırtınaları izləyən üç veteran seysmoloq da var.

Tornado tədqiqatları şirkətinin yaradıcısı və tanınmış mütəxəssis Tim Samaras, onun 24 yaşlı oğlu Pol Samaras və meteoroloq Karl Yanq ötən cümə günü Oklahoma ştatında yaşayış məntəqəsində tornado zamanı həlak olub.

Tim Samaras tornadoları öyrənmək üçün texnologiyaların inkişaf etdirilməsi sahəsində fəaliyyəti ilə tanınırdı. Onun işləri Discovery Channel Network televiziya proqramında nümayiş etdirilirdi.

Fırtına region boyu evlər və biznes idarələrini viran qoyub. Leysan yağışları Oklahoma və qonşu Missuri ştatındə daşqınlara səbəb olub. 100-dən çox insan xəsarət alıb və minlərlə adam elektriksiz qalıb.
XS
SM
MD
LG