Accessibility links

Torontoda öldürülənlərin xatirəsi yad edilib


Cümə axşamı gecə Kanadanın Toronto şəhərində yüzlərlə insan ölümçül kütləvi qırğında ölənlərin xatirəsini anmaq üçün bir araya gəlib.

İnsanlar bazar gününün gecəsi 29 yaşlı Feysal Hüseyinin 18 yaşlı və 10 yaşlı qızları öldürdüyü və 13 nəfəri yaraladığı səs-küylü prospekt yaxınlığında toplaşıb.

O, polis gəlməzdən əvvəl ərazidən qaçdıqdan sonra ölmüş halda aşkar edilib.

Kanada polisinin bildirdiyinə görə, hələlik hücumun məsuliyyətini üzərinə götürən İŞİD qrupunun iddiasını təsdiqləyəcək sübut əldə edilməyib.

XS
SM
MD
LG