Accessibility links

Virciniya ştatında 17 yaşlı müsəlman qız qətlə yetirilib


Virciniya ştatı polisinin bildirdiyinə görə, 17 yaşlı müsəlman qızı öldürən şəxsə qarşı qətl ittihamı irəli sürülüb. Həmin şəxs qıza onun rəfiqələri ilə məscidi tərk etdiyi zaman hücum edib.

Onlar arasında mübahisə yarandığı bildirilib. Hücumçu maşından enərkən qızlar qaçaraq, rəfiqələrini tək qoyub.

Polis bir neçə saatlıq axtarışdan sonra qızın cəsədini göldə aşkar edib.

22 yaşlı şübhəli Martinez Torres həmin bölgədə ələ keçirilib.

Washington Post polis və məscid üzvlərinə istinadən yazır ki, qızlar səhər duasından öncə İHOP restoranına yeməyə gedərkən hücuma məruz qalıb.

Hücumun motivi bəlli deyil.

Məscidin veb səhifəsində onun 1983-cü ildə təsis edildiyi və məscidi 700-dən çox insanın ziyarət etdiyi deyilir.

XS
SM
MD
LG