Accessibility links

ABŞ-da Torun Quyusu – təbiət möcüzəsi


Çoxsaylı turistlər bir qayda olaraq ABŞ-ın Oreqon ştatının sahili boyunca oturub, dəniz suyunun bitməyən axınına baxmayaraq heç vaxt dolmayan su quyusunu müşahidə edirlər.

Torun quyusu
Torun quyusu

ABŞ-ın Azərbaycandakı səfirliyi facebook səhifəsində yazır ki, Torun Quyusu adı ilə tanınan bu təbiət möcüzəsi, dibsiz görünür lakin, əslində 40 metr dərinliyində olan mağaradır. Su səviyyəsinin yüksəlməsi və ya fırtına zamanı bu məkanın möhtəşəm görüntüsü olur, çünki bu zaman su qayalar üzərindən güclü şəkildə çırpılır və sonra quyuya doğru geri axır.

Torun quyusu
Torun quyusu

Bu quyunun bir çox insanların düşündüyü qədər olduqca sehrli olmadığına baxmayaraq, gözəl görünüşləri vardır. Ona görə də, fotoqraflar və təbiət həvəskarları təcavüzkar suların mükəmməl fotosunu çəkmək ümüdü ilə bu əzəmətli yerə gəlməkdə davam edir.

XS
SM
MD
LG