Accessibility links

“Tovuz işi” üzrə həbsdə olan şəxslərin ailə üzvləri Parlament prospektini bağlamağa cəhd edib


“Tovuz işi” üzrə mühakimə olunan məhkumlar barəsində çıxarılan hökmə etiraz olaraq onların ailə üzvləri bu gün, avqustun 9-da Bakıda, Parlament prospektində avtomobil yoyunu bağlamağa cəhd edib. Etirazçılar müəyyən müddət avtomobillərin hərəkətinə mane olub. Bu zaman polis müdaxilə edərək onları avtomobil yolundan kənarlaşdırıb.

Bu iş üzrə keçənlər: Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədli bir neçə il öncə Suriyada müharibədə qanunsuz silahlı birləşmələrin tərkibində iştirak ittihamı ilə həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 167-2.2.1-ci (qanunsuz olaraq dini təyinatlı ədəbiyyatın istehsalı, idxalı, yayılması), 167-3.1-ci (dini ekstremist ədəbiyyatın qanunsuz dövriyyəsi), 214 (terrorçuluq) və 218-ci (cinayətkar birlik (təşkilat) yaratma) maddələri ilə təqsirləndirilir.

Hazırda Bakı Apellyasiya Məhkəməsində “Tovuz işi” üzrə həbs olunmuş şəxslərin məhkəmə prosesi davam etdirilir. Prosesə hakim İlqar Murğuzov sədrlik edib. Bu gün də məhkəmə prosesi davam etdiriləcək.

Bakı Ağır Cinayətlər Məhkəməsi onların barəsində 2 il 6 aydan 8 ilə kimi hökm çıxarıb.

Təqsirləndirilən şəxslər ittihamı qəbul etmir və qurama kimi qiymətləndirir.

Bu səbəbdən təqsirləndirilən şəxslər iyulun 27-də məhkəmənin hökmünə etiraz olaraq aclığa başladıqlarını bildirib. Avqustun 5-dən isə sudan da imtina edərək quru aclığa başladıqlarını bəyan ediblər.

“Tovuz işi” üzrə həbsdə olan şəxslərin ailə üzvləri Parlament prospektini bağlamağa cəhd edib
“Tovuz işi” üzrə həbsdə olan şəxslərin ailə üzvləri Parlament prospektini bağlamağa cəhd edib

Öz növbəsində, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, “Tovuz məhbusu” kimi tanınan şəxslərdən heç kim aclıq etmir.

“Həmin məhbusların anaları avqustun 5-də təcridxananın qarşısında toplaşıb. Bu zaman təcridxananın rəisi onlarla görüşüb və izah edib ki, övladları aclıq etmir, narahatçılığa heç bir əsas yoxdur,“ Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Amerikanın Səsinə deyib.

Bugünkü aksiyada iştirak edən şəxslər ölkədə məhkəmə sisteminə, məmurlara inanmadıqlarını bildirib.

“Bizim balalarımız havanın bu isti günlərində susuzluqdan qıvrılır. Bu, nə məmurların, nə ombudsmanın vecinə deyil. Kimə deyirsən deyir mənim səlahiyyətimdə deyil. Elə isə ölkədə bütün qurumlar ləğv edilsin, prezident idarəetməsi qalsın,” erirazçılardan biri deyib.

Digər etiraz edən şəxs bildirib ki, Azərbaycanda sanki məhkməmə hakimiyyəti mövcud deyil.

“Məhkəmələr şahmat taxtasında "peşkalar"dır. Bu qurum heç nəyi həll etmir. Məhkəmədə övladlarımız işgəncələrdən danışıb, hamı ağlayıb. Amma heç bir hüquqi qiymət verilmir. Övladlarımızı üç gün qandalda saxlayıblar. Onların günahı yoxdur. Övladlarımıza qarşı münasibət əsirlərə olan münasibətdən dəfələrlə pisdir,” etirazçı qeyd edib.

XS
SM
MD
LG