Accessibility links

Toxunmadan smartfondan istifadə mümkündürmü?


Toxunmadan smartfondan istifadə mümkündürmü?
please wait

No media source currently available

0:00 0:01:55 0:00

Onlayn alış-veriş, sabahın hava proqnozu, tekst mesajların göndərilməsi. Bu, insanların telefonlarında gördükləri işlərin bəziləridir. Bəs əgər sənin motor hərəkətləri qüsurun varsa, telefonu əlində saxlaya və ya toxuna bilmirsənsə, onda necə?

Jinronq Şa, Tədqiqat alimi, Ebay: “Bu gün belə insanlar üçün telefonlarından istifadə demək olar ki, mümkünsüzdür.”

eBay-in tədqiqat alimi Jinronq Şa İnternetdən məhsul almaq istəyən, lakin telefonu əlində saxlaya bilməyən və səsli idarəetmə sistemi ilə problem olan praktikantla çalışdığı bir zaman bu problemlə çıxış yolu tapmağa çalışırdı.

Jinronq Şa: “Telefondakı virtual oxu baş hərəkətlərimizlə tərpədə bilərikmi?”

Nəticədə Ebay-in HeadGaze məhsulu dünaya gəldi. HeadGaze smatfonun kamerası ilə başın hərəkətlərini izləyə bilir.

Jinronq Şa: “Bu ekranda kursoru hərəkət etdirmək üçün siçandan istifadəyə bənzəyir. Biz 3D formada başın duruşunu müəyyən edirik, sonra bəzi riyazi hesablamalarla onu 2D ekrana keçiririk və telefon sizin hara baxdığınıız müəyyən edir.”

Öz iş yoldaşına telefonla alış-veriş etmək şəraiti yaratmaqla yanaşı, Şa deyir ki, HeadGaze daha geniş istifadə potensialına malikdir.

Ebay bildirir ki, onlar bu proqramın kodunu hər kəs üçün açıq ediblər ki, istənilən şəxs telefona toxunmadan ondan istifadə ideyalarını inkişaf etdirə bilsin.

Jinronq Şa: “Biz düşünürük ki, bu texnologiyanın icma üçün müsbət dəyişiklik potensialı var. Ona görə də, onu icmaya veririk ki, insanlar adaptasiya etsinlər və ondan faydalana bilsinlər.”

İstər ekrandakı qəbzləri gözdən keçirəndə, istərsə də onlayn alış-veriş edəndə HeadGaze sizin telefondan istifadə etməyinizi tam dəyişə bilər.

XS
SM
MD
LG