Accessibility links

Toyota Aya yollanır


Şirkət rəsmiləri cümə günü bildirib ki, Toyota Yaponiyanın Kosmik Agentliyi ilə insanların 2040-cı ilə qədər Ayda və sonra isə Marsda yaşamasına imkan vermək məqsədilə Ayın səthini tədqiq etmək üçün nəqliyyat vasitəsi üzərində çalışır.

Yaponiya Aerokosmik Kəşfiyyat Agentliyi ilə birlikdə hazırlanan avtomobil Lunar Kruyzer (Lunar Cruiser) adlanır və adı Toyota Land Cruiser avtomobilinə ehtiram əlaməti olaraq qoyulub. Onun buraxılışı 2020-ci illərin sonlarına təyin edilib.

Toyota Motor Corp-da Lunar Cruiser layihəsinə rəhbərlik edən Takao Sato bildirib ki, nəqliyyat vasitəsi insanların avtomobillərdə təhlükəsiz şəkildə yemək yeyə, işləyə, yata və başqaları ilə ünsiyyət qura bildikləri ideyasına əsaslanır və eyni şeyi kosmosda da etmək olar.

"Biz kosmosu əsrdə bir dəfə baş verən transformasiyamız üçün bir sahə olaraq görürük. Kosmosa getməklə biz insan həyatı üçün dəyərli olacaq telekommunikasiya və digər texnologiyaları inkişaf etdirə bilərik" – deyə, Sato AP-ə bildirib.

Toyota ilə müqavilə bağlayan Gitai Japan Inc. şirkəti Lunar Cruiser üçün yoxlama və texniki xidmət kimi vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulan robot qol hazırlayıb. Onun "tutma qurğusu" qolun ucunun dəyişdirilməsinə imkan verir ki, o, toplamaq, qaldırmaq və süpürmək kimi müxtəlif tapşırıqları yerinə yetirən alətlər kimi işləyə bilsin.

Gitai-nin baş icraçı direktoru Şo Nakanose kosmosa çatmaq probleminin öhdəsindən gəldiyini hiss etdiyini, lakin kosmosda işləməyin astronavtlar üçün böyük xərclər və təhlükələr tələb etdiyini bildirib. O, burada robotların işə yarayacağını qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG