Accessibility links

Tramp Amerikanı Sakit Okean ticarət sazişindən çıxardı


Hakimiyyətinin ilk həftəsində Prezident Donald Tramp ABŞ-ı 12 dövlətin imzaladığı Sakit Okean hövzəsi ticarət razılığından çıxarıb.

Ağ Evdə danışan Tramp “bu, bizim Amerika fəhləsi üçün gördüyümüz böyük işdir” deyə bəyan edib.

Bu, bizim Amerika fəhləsi üçün gördüyümüz böyük işdir.

Trans-Pasifik Partnyorluq (TPP) kimi tanınan ticarət razılaşması 2009-cu ildə Barak Obamanın hakimiyyəti dönəmində razılaşdırılmışdı, lakin Konqres onu heç vaxt ratifikasiya etməmişdi. Bu razılıq Yaponiya, Avstraliya, Yeni Zelandiya, Malayziya, Çili, Kanada, Meksika və başqa dörd ölkəni əhatə edir.

Müşahidəçilər TPP-ni tarixdə ən iri regional ticarət razılığı kimi dəyərləndirirdi. Belə ki, bu anlaşmaya daxil olan ölkələr dünya iqtisadiyyatının 40 faizini, dünya ticarətininsə üçdə birini təşkil edir.

TPP-nin opponentləri Ağ Ev qarşısında aksiya keçirir. 3 fevral, 2016.
TPP-nin opponentləri Ağ Ev qarşısında aksiya keçirir. 3 fevral, 2016.

Keçmiş Respublikaçı prezidentlərin ənənəsinə uyğun olaraq yeni prezident habelə abortla məşğul olan beynəlxalq qurumlara federal maliyyələşdirməni dayandırmaq haqda sərəncam imzalayıb.

Kampaniya zamanı verdiyi vədə sadiq qalaraq Donald Tramp eləcə də federal hökumət orqanlarına əlavə işçi götürülməsinə qadağa qoyub. Burada məqsəd federal hökumətin şişməsinin qarşısını almaq və büdcəyə qənaət etməkdir.

XS
SM
MD
LG