Accessibility links

Traktorsazi matçlarının türklərin yaşadığı vilayətlərdə yayımlanması istəyir


Təbrizin “Traktorsazi” futbol klubunun prezidenti Mustafa Acurlu komandanın oyunlarının sadəcə Şərqi Azərbaycanda deyil, türklərin yaşadığı digər vilayətlərdə də canlı olaraq yayımlanmasını tələb edib.

İranda idman xəbərləri yayan Tarafdari internet portalına istinadən, Acurlu Şərqi Azərbaycan Radio və Televiziya Təşkilatının sədri Möhsün Lətifi ilə görüşdə bu tələbi gündəmə gətirib.

Portalda yazılanlara görə, “klubun prezidenti 16-cı dövr İran Pro-Liqası oyunlarında Traxtor matçlarınn digər türk vilayətləri, o cümlədən Qərbi Azərbaycan, Ərdəbil və Zəncanda da canlı yayımlanmasını istəyib”

“Televiziya təşkilatının sədri hazırda bunun həyata keçirilməsi üçün çalışır. Türklərin yaşadığı vilayətlərdə Traktorsazi tərəfdarları sevdikləri komandanın oyunlarını canlı izləyə bilmədikləri üçün hər zaman etiraz bildiriblər,” deyə Tarafdari saytının xəbərində qeyd edilib.

XS
SM
MD
LG