Accessibility links

“Tıraxtur” Səudiyyə komandası "Əl-İttihad"ı məğlub edib


Kərim Ənsari-fərd
Fevralın 26-da Asiya Çempionlar Liqası oyunlarının birinci həftəsində Təbrizin Traktorsazi komandası Səudiyyə Ərəbistanının Əl-İttihad komandasını 1-0 hesabı ilə məğlub edib.

İkinci dəfə olaraq Asiya Çempionlar Liqası oyunlarında yarışan “Tıraxtur” ilə 2004 və 2005-ci illərində Asiya çempionu olmuş Əl-İttihad arasındakı matç bu gün İran vaxtı ilə saat 16-da Təbriz stadionunda başlayıb.

Goal (www.goal.com) veb səhifəsinin məlumatına görə Əli Kərimi 59-cu dəqiqədə ikinci sarı vərəqə alaraq oyundan çıxarıldıqdan sonra Traktorsazi oyunu 10 nəfərlə davam etdirib. Zəfər qolunu isə Tıraxturun ərdəbilli oyunçusu Kərim Ənsari-fərd 82-ci dəqiqədə vurub.

Traktorsazi fevralın 15-də Kirman şəhərində keçirilən İranın həzfi/ələmə kubokunun final oyununda ev sahibi Mis Kirman futbol klubunu 1-0 hesabı ilə məğlub edərək İran kubokunun qalibi olub, beləliklə komanda 2015-ci il Asiya Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Qadın hüquqları fəalı azyaşlının zorlanmasına etiraz edib
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG