Accessibility links

Traktor AFK Çempionlar Liqasında oyunlarının televiziyadan canlı yayımlanması tələb edilib


Traktor futbol komandasının Asia Çempionlar Liqasındakı matçları İranın dövlət televiziyasının çox baxılan kanalında nümayiş etdirilmir. İranın dövlət televiziyasının 3-cü kanalında Tehranın İstiqlal və Persepolis futbol komandalrının Asia Çempionlar liqasındakı matçları canlı şəkildə nümayiş edilir, ancaq İran Azərbaycanının populyar Traktor komandasının matçları boykot edilib.

Bu barədə Şərqi Azərbaycan Futbol Heyəti Başçısı Cavad Şeşgelani, İran Radio Televiziya İdarəsinə məktub ünvanlayaraq, Traktor komandasının matçlarının canlı olaraq 3-cü kanaldan yayımlanmasını tələb edib.

Cavad Şeşgelani
Cavad Şeşgelani

“...Təbriz Traktor komandasının oyunları “Varzesh” adlı idman kanalında yayımlanacaqdır, ancaq iki komandanın İstiqlal və Persepolisin oyunları 3-cü şəbəkədə yayımlanacaq. Traktor komandası da İranı eyni yarışlarda təmsil edir, bu səbəbdən bu komandanın oyunlarının 3-cü kanalda canlı yayımlanmasını xahiş edirik” – deyə, o, məktubunda qeyd edib.

Traktor komandasının oyunlarının televizyadan canlı yayımlanmaması barədə dəfələrlə tənqidlər və etirazlara səbəb olub. Daha öncə də İran televiziyasının “Varzesh” və “Shoma” kanallarında Təbrizin Traktor komandasının premyer Liqa oyununun canlı yayımlanmaması etirazlara səbəb olmuşdu.

Keçən il Traktor klubunun İdarə Heyətinin sədri Abbas İlyasi İran televiziyasında idman aparıcıları və şərhçilərin qərəzli münasibətinə görə İranın teleradio qurumunun başçısı Əli Əsgəriyə məktub ünvanlayaraq, həmin qərəzli münasibətlərə son qoyulana qədər Traktor klubu matçlarının televiziyadan canlı yayımlanmasına icazə verməyəcəyini bildirmişdi. O, Traktor komandası və azarkeşlərinin “pantürkist” və “bölücü” damğasına məruz qaldığını, İranın teleradio qurumunun idman üzrə şərhçiləri və aparıcılarının da bu növ yanaşmağa dəstək verərək, komandaya qarşı qərəzli davrandığından gileylənmişdi.

AFK-nin rəsmi saytında yerləşdirilən sorğusunda Traktor Futbol Klubu Asiyanın ən populyar komandası seçilməsi və stadionlarda çox sayıda azarkeşi cəlb etməsinə baxmayaraq Tehranın iki populyar komandası kimi oyunlarını televiziyanın 3-cü kanalından yayımlanmaması komanda tərəfdarlarının tənqidlərinə səbəb olub.

Hazırda Traktor klubu BƏƏ-nin Şərca şəhərində keçirilən Asiya Çempionlar Liqasının B qrupu yarışlarında 2-ci yeri tutsa da, Traktorun Özbəkistanın Paxtakor Daşkənd komandası ilə oyununun 0:0 hesabıyla bərabər bitməsi, sonrakı mərhələyə yüksəlməsini çətinləşdirib.

XS
SM
MD
LG