Accessibility links

Traktor azarkeşləri stadionda irqçiliyə etiraz ediblər


Yanvarın 31-də İran futbol liqası çərçivəsində Təbrizdə keçirilən Traktor və Zob Ahan İsfahan komandaları arasındakı matçda Traktor azarkeşləri İranın stadionlarında baş verən irqçi hadisələrə etirazlarını bildirdilər.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Traktor azarkeşləri 14 min azarkeşin iştirak etdiyi futbol matçında İranın idman stadionlarındakı irqçı ab-havaya etirazlarını bildirmək üçün plakatlar qaldırıblar. Azarkeşlərin bir hissəsi üzərində “Türklərə qarşı irqçiliyə son qoyun” (Stop racism against Turks) şüarı yazılan plakatlar nümayiş etdiriblər.

Traktor azarkeşləri stadionda irqçiliyə etiraz ediblər
please wait

No media source currently available

0:00 0:00:18 0:00

Digərləri isə FIFA-nın diqqətini Tehranda Persepolis komandasının azarkeşlərinin türklərə qarşı səsləndirdikləri irqçi şüarlara çəkmək üçün üzərində “FIFA KÖMƏK ET” (FİFA HELP) sözləri yazılan plakatlar qaldırıblar.

Tehranın Azadi stadionunda yanvarın 26-da Traktor və Persepolis komandaları arasındakı matç zamanı Persepolis azarkeşlərinin bir hissəsinin türklərə qarşı aşağılayıcı şüarlar səsləndirməsini ardınca İran türkləri bu hadisəyə fəqrli yollarla etirazlarını bildiriblər. Persepolis azarkeşləri tərəfindən türklərə qarşı səsləndirilən şüarlar "Eşşək-Eşşək", "Ər ər səsi gəlmir türkün səsi çıxmır" kimi aşağılayıcı şüarlardan ibarət olub.

Traktor azarkeşləri stadionda irqçiliyə etiraz ediblər
Traktor azarkeşləri stadionda irqçiliyə etiraz ediblər

Traktor azarkeşləri və İran türkləri ilk olaraq Twitter-də “FIFA səsimizi eşit” kampaniyası başladıblar. Bu kampaniyanın nəticəsində FIFA-nın Twitter sosial şəbəkəsindəki rəsmi hesabında 18 min tvit, Instagramdakı hesabında isə 30 mindən çox etiraz məqsədilə şərhlər dərc ediblər.

Bundan əlavə, Şərqi Azərbaycan Vəkillər Birliyi də bəyanat yayaraq, baş verən hadisələri qınayıb.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG