Accessibility links

'Traktor' dünyanın ən çox azarkeş toplayan klubları sırasında yer aldı


İran Azərbaycanının 'Traktor' futbol klubu dünyanın 5-ci ən çox azarkeş toplayan klubudur.

Transfer Market saytı, dünyanın ən çox azarkeş toplayan futbol klublarını sıralayıb. Həmin saytın sıralamasına görə, İran Azərbaycanında və İran türkləri arasında ən çox azarkeşi olan Traktor futbol klubu dünyanın 5-ci ən çox azarkeşə sahib olan klublar arasında yer tutub.

Orta hesabla 66,833 azarkeşə malik Traktor dünyanın ən populyar komandaları sırasındadır.


Transfer Market vebsaytı cümə axşamı dünyanın ən populyar komandalarının son reytinqini açıqlayıb.

Məlumata görə, Traktor komandanı matçlarında stadionda ortalama hesabla 66,833 azarkeşə malik ən popluyar futbol komandaları arasında beşinci yerdə durub.

Bu sıralamada Dortmund stadiona 81.368 azarkeşlə birinci gəlir. Sonrakı yerlərdə isə "Barcelona", "Bavaria" və "Manchester United" gəlir.

Azarkeşlər tez-tez stadionda İran türklərinin hüquqlarını təşviq edən şüarlar səsləndirirlər.
Azarkeşlər tez-tez stadionda İran türklərinin hüquqlarını təşviq edən şüarlar səsləndirirlər.

Yuxarıdakı reytinq, azarkeşlərin ümumi sayından asılı olmayaraq və stadiondakı azarkeşlərin sayına görə hazırlanır və dərc olunur.

2016-cı ildə Asiya Futbol Konfederasiyası Əl Nəsr-Traktor matçında rəsmən qeydə alınan 65.100 tamaşaçı ilə UEFA Çempionlar Liqasında izləyicilərin iştirak rekordunun qırıldığını bildirərək Traktor komandasını Asyanın ən çox azarkeş toplayan populyar komandası elan etmişdi.

Almaniyada qərargahlanan Transfermarkt əsasən futbol məlumatları, transfer xəbərləri, klub xəbərləri, matçların nəticələrini və digər əlaqəli məlumatlar yayır. Sayt 2000-ci ilin may ayında Matthias Seidel tərəfindən təsis edilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG