Accessibility links

Traktor futbol klubunun 7 azarkeşi saxlanılıb


Traktor klubunun azarkeşləri
Traktor klubunun azarkeşləri

İran İslan Respublikasının Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Müavini Hüseyin Zülfəqari İranın futbol üzrə super liqasının oyunlarında İstiqlal komandası və İran Azərbaycanının Traktor komandası arasında keçən matçda 7 azarkeşin saxlanıldığını bildirib.

İRNA xəbər agentliyinin verdiyi məlumata görə, o, azarkeşlərin saxlanılmasının səbəbinin onların idmanla əlaqəsi olmayan davranışları ilə əlaqədar olduğunu deyib. Zülfəqari həmçinin bildirib ki, 3-4 nəfər daha bir plakatla əlaqədar olaraq təhlükəsizlik qüvvələrin tərəfindən axtarılır.

Traktor komandası
Traktor komandası

İranın daxili işlər nazirinin müavini İstiqlal-Traktor oyununda türk azarkeşlərin davranışının ölkənin milli təhlükəsizliyinə zidd olduğunu və təhlükəsizlik və məhkəmə orqanlarının bu şəxsləri qanuna uyğun olaraq cəzalandıracağını deyib.

Traktor və İstiqlal arasında oyunda Traktor komandasının türk azarkeşləri Türkiyənin son zamanlarda Suriyanın şimalında başlatdığı `Barış Pinarı` əməliyyatında ölkəyə dəstək verilən şüarlar səsləndiriblər. Azərbaycanlı tamaşaçılar `Əsgər salamı` ilə Türkiyəyə və ölkənin ordusuna dəstəklərini göstəriblər. Bəzi tərəfdarlar Azərbaycan və Türkiyə bayraqlarını stadionda nümayiş etdiriblər. Traktor azarkeşlərinin `Əsgər salamı` və dəstəkçi şüarları Türkiyə mediasında geniş şəkildə əks etdirilib.

Oyun əsnasında azarkeşlər tərəfindən göstərilən bir plakat İran mediasında ən çox reaksiyaya səbəb olub. Plakatın üzərində ingiliscə və ərəb əlifbası ilə türk dilində "Seçim sizin: Çexoslovakya, yoxsa Yugoslaviya" yazılıb. Bu şüar Çexoslovakiyanın dinc şəkildə Çexiya və Slovakiyaya ayrılmasına və Yuqoslaviyada bir neçə ölkənin müstəqilliyinə səbəb olan qanlı vətəndaş müharibəsinə işarə edir. 1992 ilində Çexoslovakiyada referendum yolu iki ayrı müstəqil ölkəyə yarandı. 1990-ci illərdən 2001-ci ilə qədər Yugoslaviyada gedən vətəndaş müharibəsi və etnik münaqişələr nəticəsində isə təxminən 150 min insan həyatını itirib.

Daha öncə Transfer Market saytı tərəfindən dünyanın 5-ci ən çox azarkeş toplayan klubu kimi tanınan Traktor həmin sayt tərəfindən həftənin 5 futbol matçı arasında stadionda 100 min azarkeşlə dünyanın ən çox azarkeş toplayan komandalar arasında birinci yeri tutub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG