Accessibility links

Traktor tərəfdarlarından ‘İranda türklərə qarşı irqçiliyə son’ şüarı


Traktorsazi
Traktorsazi

İranda kütləvi etirazların baş qaldırdığı bu günlərdə, Təbriz stadionunda üzərində “İranda türklərə qarşı irqçiliyə son!” şüarı yazılmış plakatın geniş şəkildə nümayiş etdirilməsi sosial medianın gündəmini dəyişib.

Bu haqda Güney Azərbaycan Televiziyası (Günaz TV), həmçinin Araz News Mikrofon News kimi internet portalları məlumat verib.

Yanvarın 5-də Təbrizin Traktorsazi komandası ilə Tehranın İstiqlal komandası arasında keçirilən matç zamanı çox sayda Traxtor azarkeşi üzərində ingilis və türk dillərində yazılmış plakatlar nümayiş etdirib və milli şüarlar səsləndiriblər.

Traktorsazi azarkeşləri
Traktorsazi azarkeşləri

Təbriz stadionunda səsləndirilən şüarlar bu günlərdə mütəmadi şəkildə İrandakı olayları gündəmə gətirən Türkiyə televiziya kanallarında da yayımlanıb.

Traktorsazi tərəfdarları son vaxtlar Perspolis tərəfdarlarının türklərə qarşı səsləndirdiyi “irqçi şüarlar və söyüşlərə” etiraz etdiklərini bildirirlər.

Traktorsazi tərəfdarları son vaxtlar Perspolis tərəfdarlarının türklərə qarşı səsləndirdiyi “irqçi şüarlar və söyüşlərə” etiraz etdiklərini bildirirlər.

Keçən həftələrdə Traktorsazi klubu İran Futbol Federasiyasının İntizam Komitəsinə müraciət edərək Tehranlı azarkeşlərin səsləndirdiyi şüarlar səbəbilə Perspolis komandasından rəsmi olaraq şikayət etmişdi.

İntizam komitəsinin çıxardığı qərar Traktorsazi klubu və azarkeşlərini xəyal qırıqlığına uğratdı. Komitə Perspolis komandasını bir matçda azarkeş dəstəyindən məhrum etməklə yanaşı, hər iki komandaya pul cəriməsi tətbiq etdi.

Avropa Futbol Assosiasiyaları (UEFA) və Beynəlxalq Futbol Federasiyaları (FIFA) himayəsində fəaliyyət göstərən FARE (Football Against Racism in Europe) şəbəkəsi 2017-ci ilin iyun ayında yayımladığı bir sənəddə stadionlarda iranlı azarkeşlərin türklərə qarşı səsləndirdikləri irqçi şüarlara diqqət çəkib.

FARE-ın sənədində o cümlədən, “Turkish donkey” (eşşək türk), “Donkey, get lost!” (Eşşək, get yox ol!), “There is no braying from the donkeys!” (Eşşəklərin anqırma səsi gəlmir!) və “The Turkish donkeys are silent!” (Eşşək türklər səssizdir!) şüarlarına işarə edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG