Accessibility links

Traktor İran ‘həzfi’ kubokunun qalibi oldu


Təbrizin ‘Traktor Azərbaycan’ komandası bugün sentyabrın 3-də Məşhəd şəhərində keçirilən İranın ‘həzfi’ kubukonun final oyununda Tehranın İstiqlal komandasını 3-2 hesabı ilə məğlub edərək İran milli kobukonun qalibi oldu.

Bu, İranın həzfi kubokunda dünyanın ən çox tərəfdarı olan türk komandası kimi tanınan Traktorun ikinci çempionluğudur.

Traktor paytaxt Tehranın iki əsas komandasından biri olan İstiqlal üzərində qələbə qazanaraq çempion olmaqla birlikdə Asiya Çempionlar Liqasında iştirak hüququ qazanıb.

İran Azərbaycanından əlavə İranın digər bölgələrində yaşayan türklər arasında da çox sayda azarkeşi olan Traktor klubu ölkədə türk kimliyinin simvolu kimi dəyərləndirilir. Klubun Türkiyə və Azərbaycan Respublikasında da xeyli azarkeşi var. Traktor komandası Türkiyə mediasında “dünyanın ən çox tərəfdarı olan türk komandası” kimi təqdim edilir.

XS
SM
MD
LG