Accessibility links

Tehranda Traxtor məşqçisinə Azərbaycan türkcəsində sual verən jurnalist eşiyə atılıb


Traktorun məşqçisi Hüseyn Xətibi və baş məşqçisi Rəsul Xətibi
Traktorun məşqçisi Hüseyn Xətibi və baş məşqçisi Rəsul Xətibi

Traxtor oyunçuları təbrizli jurnalistin eşiyə atılmasına etiraz olaraq digər jurnalistlərə müsahibə verməyib

Sentyabrın 5-də Tehranın Persepolis komandasını öz evində 3-1 hesabı ilə məğlub edən Traktorsazi klubunun məşqçisinin mətbuata Azərbaycan türkcəsində müsahibə verməsi ilə bağlı ortaya çıxan olaylar İran mediasının gündəminə daşınıb.

Təsnim xəbər agentliyinin yaydığı məlumata istinadən, oyunun ardından Traxtorun məşqçisi Hüseyn Xətibi ilə Azərbaycan türkcəsində müsahibə edən təbrizli jurnalistin salondan eşiyə çıxarılmasından sonra, məşqi və Traxtor oyunçuları digər jurnalistlərə müsahibə verməkdən imtina ediblər.

Bir təbrizli jurnalist oyundan sonra Hüseyn Xətibiyə türkcə sual verib, qardaşım isə həmin dildə suala cavab verərkən, söhbətin türk dilində aparıldığına görə, jurnalist salondan eşiyə atılıb. Bizim oyunçular da bu məsələdən narahat olduqları üçün digər jurnalistlərə müsahibə verməyiblər.
Traxtorun baş məşqçisi Rəsul Xətibi

İran mediasında yayılan bəzi xəbərlərə görə, Traxtor oyunçuları baş məşqçi Rəsul Xətibinin əmri ilə fars dilində müsahibə verməyi rədd edib. Lakin baş məşqçinin sözlərinə görə bu qərarı oyunçuların özləri verib.

Rəsul Xətibi Təsnim agentliyinə müsahibədə olayı belə açıqlayıb:

“Bir təbrizli jurnalist oyundan sonra Hüseyn Xətibiyə türkcə sual verib, qardaşım isə həmin dildə suala cavab verərkən, söhbətin türk dilində aparıldığına görə, jurnalist salondan eşiyə atılıb. Bizim oyunçular da bu məsələdən narahat olduqları üçün digər jurnalistlərə müsahibə verməyiblər.”

İdman üzrə İranın ən məşhur internet jurnallarından olan Varzesh3 Traxtor oyunçularının bu təpkisini “qəribə rəftar” kimi dəyərləndirib.

Varzesh3 saytı olayı belə anladıb: “Traktor və Perspolis matçından sonra Hüseyn Xətibibinin [bəzi] jurnalistlərlə türkcə danışması digər jurnalistlərin təpkisinə səbəb olub. Sonra, Xətibi və oyunçular qəribə bir rəftar sərgiləyərək digər jurnalistlərə müsahibə verməkdən imtina ediblər.”

Traxtorun İranın ən məşhur iki komandasından birini rəqib meydanında 3-1 hesabı ilə məğlub etməsi tərəfdaları olduqca sevindirib. Komandanın azərbaycanlı azarkeşləri həm Tehran həm də Azərbaycan şəhərlərində şənlik mərasimləri qeyd edib.

XS
SM
MD
LG