Accessibility links

Tramp administrasiyası "doğum turizmi"nə qadağa qoyur


Tramp administrasiyası "doğum turizmi"nə qadağa qoyur
please wait

No media source currently available

0:00 0:02:23 0:00

Tramp administrasiyası cümə axşamı "doğum turizmi" adlandırdığı turizmi dayandırmaq üçün yeni viza qaydalarını elan etdi. Konsulluq işçiləri müraciət edən şəxsin ABŞ-a doğmaq və uşağın vətəndaş olması üçün səfər etdiyini müəyyən edərsə, Birləşmiş Ştatların hamilə qadınlara turist vizaları verməkdən imtina edə biləcəyi bildirildi.

Amerikanın Səsi 2018-ci ildə Floridada minlərlə dollar müqabilində xaricdən ABŞ-a gəlmək istəyən hamilə qadınlara Birləşmiş Ştatlara viza almaq, həkim və sığınacaq tapmaq, eləcə də doğmaq üçün yardım edən “Happy Baby” (Xoşbəxt körpə) şirkətinin rəhbəri Nailə Vəliyeva ilə söhbət etmişdi.

“Dünyaya uşaq gətirmək nüçün Mayamiyə gəlmək qeyri-qanuni deyil. Çoxları Birləşmiş Ştatların səhiyyə sisteminin dünyada ən yüksək səviyyəli olduğu ilə razıdır. Burada hava çox gözəldir, analar üçün hər şərait var, hər şey rahatdır” deyə, o bildirir.

Lakin Tramp administrasiyası cümə axşamı əsas məqsədın körpəsinin ABŞ vətəndaşı olması üçün bu ölkəyə viza alınmasının qəbuledilməz olduğunu deyərək, "doğum turizmi" adlandırılan bu işə son qoyulmaslı olduğunu deyib.

Dövlət Departamenti bildirib ki, yeni tədbir Amerika vətəndaşlığını istismardan qorumaq məqsədi daşıyır. Lakin immiqrasiya üzrə təhlilçi Sara Pirs yeni siyasətin heç bir müsbət nəticə verməyəcəyini, mövcud təcrübələrin artıq ABŞ konsulluq işçiləri qondarma "doğum turizmi" də daxil olmaqla, ümumiyyətlə turist vizalarına məhdudiyyətlər qoyacağını deyir. "Qadınların doğum turizmi məqsədi ilə ABŞ-a gəlməməsinə əmin olmaq həqiqətən məmurlara əlavə işdir. “

Hələ 2018-ci ildə əslən rus olan bu qadın Birləşmiş Ştatlarda uşaq dünyaya gətirməyin asan olduğunu demişdi. Katerina Xramova: “Rusiyada hamiləliyə bir xəstəlik kimi baxırlar. Tez-tez həkimə getməlisən, bir milyon təhlildən keçməlisən. Burada, ABŞ-da bu asandır. USM-də körpənin ürək döyüntüsünü eşidirsən və növbəti görüşə qədər sərbəstsən."

Trump administrasiyasının “doğum turizmi”nə qarşı təzyiqləri yeni məsələ deyil. Keçən ilin dekabr ayında bir çinli qadın viza fırıldaqçılığı - çinli qadınlara doğmaq və yeni doğulmuş körpələrini Amerika vətəndaşlığı ilə təmin etmək ittihamı ilə məhkum edildi.

Prezident Tramp anti-imiqrasiyaya siyasətini gücləndirmək kampaniyasını aparıb və “doğum turizmi”nin qarşısının alınması noyabr ayında keçiriləcək seçkilərdə ona siyasi qələbə qazandıra bilər.

XS
SM
MD
LG