Accessibility links

ABŞ prezidenti həm FBİ, həm də Ədliyyə Nazirliyi ilə qarşı-qarşıyadır


ABŞ prezidenti həm Federal Təhqiqat Bürosu (FBİ), həm də Ədliyyə Nazirliyi ilə qarşı-qarşıyadır.

Mübahisələr prezidentə qarşı qərəzli iddialarla hüquq-mühafizə rəsmilərinin təsnif edilmiş sənədlərin açıqlanıb-açıqlanmaması ilə bağlıdır.

Respublikaçı konqresmen tərəfindən "Nunes memo" adlandırılan sənəd son həftələr hazrlanıb. Burada Ədliyyə Nazlirliyinin 2016-cı il prezident seçkilərindən öncə Trampın Rusiya ilə mümkün əlaqələrinə dair Federal Kəşfiyyat Məhkəməsinə müraciətinə dair detallar da yer alır.

Tramp memorandumun açıqlanmasını istəyir. Ağ Ev sənədi açıqlamağa hazırlaşır.

Lakin FBİ-ın direktoru Kristofer Rey memorandumun dəqiqliyini sual edir. Rey və baş prokurorun müavini Rod Rozensteyn bu həftənin əvvəlində Trampın prezident aparatının sədri Con Kelli ilə keçirdikləri görüş zamanı Ağ Evin sənədi məxfi saxlamasını istəmişdi.

Tramp dəfələrlə seçkiqabağı kampaniyasının Rusiya ilə heç bir əlaqəsi olmadığını iddia edib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG